пятница, января 01, 2010
"Qulaq asmaq üçün hazır olun" Dr. Karl Stivens
1 YANVAR
“QULAQ ASMAQ ÜÇÜN HAZIR OLUN”
Yəhya 14:26 – “Lakin Mənim adımla Atanın göndərəcəyi Vəsatətçi – Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq”.
Tanrının Kəlamında eşitmək haqqda xeyli danışılır. “Eşitdiyinizə diqqət edin” (Mark 4:24a). “Buna görə də necə eşitdiyinizə diqqət edin” (Luka 8:18). “Qulaq asmaq üçün oraya girmək yaxşı” (Vaiz 5:1).
Nəyə görə Tanrı bu mövzuya tez-tez toxunur? Çünki Onun hər bir imanlının həyatı üçün dəvəti var. İsa Vəhy (2 və 3-cü fəsilləri) kitabında Ruhun kilsələrə dediyinə diqqətlə qulaq asmağa çağırır. Bunu O, yeddi dəfə təkrar etdi. Ruhla dolu həyatın binövrəsi Ruhla dolu eşitməyə əsaslanıb. Biz gərək seçməyə öyrənək ki, nəyə qulaq asaq və Müqəddəs Ruhdan necə eşidək. Bu, lazımi anda bizim yaddaşımızda öyrəndiyimizi doğuracaq (Yəhya 14:26).
Bu günləri, yolumuzun başlanğıcında, Tanrının qarşısına gələk və Ona deyək ki, biz Müqəddəs Ruhun bizim fikirlərimizi, emosiyalarımızı və iradəmizi idarə etməsini arzulayırıq. Bu halda O, Öz hakimiyyətini bizim həyatımızda təşəbbüs edəcək və biz aydın şəkildə Onun səsini eşidə biləcəyik.