воскресенье, января 10, 2010

"Məsihin Əqlinə malik olaraq" Dr. Karl Stivens


10 YANVAR

“MƏSİHİN ƏQLİNƏ MALİK OLARAQ”

2 Şamuel 14:14 – “Axı hamımız öləcəyik, yerə dağılan və yenidən bir yerə yığılmayan su kimiyik. Allah da canı insandan çəkib almaz, lakin bir çarə düşünər ki, sürgündə olan adam Özündən uzaq düşməsin”.


Hər şeyə qadir Tanrımız bizə nəsihət verir ki, biz Onun planının naməlumluğu qarşısında əqli sabitliyi nə cür saxlaya bilək. Bütün dünya üzrə qəlblər cəhənnəm yolunda ikən, öz ömrlərini mənasız həyat tərzi ilə puç eləyən ağılsız izdihamın bir hissəsi olmaq kim istəyər? Heç kəs, hərgah sizin məqsədiniz itmiş qəlbləri udmaq, Tanrıda böyümək və Məsihin əqlinə malik olmaqdır. Bu həyatın əsas sualı sadəcə sağlam əql və ya yaxşı həyata malik olmaq deyil, lakin Məsihin əqlinə malik olmaqdır.

Minlərlə imanlı təsəvvürlərinə belə gətirmir ki, Məsihin əqlində necə yaşamaq lazımdır; nəticədə, onlar Tanrının Məhəbbətini təcrübədən keçirmək və ya Onun lütfünü qəbul etməyin nə olduğunu başa düşmürlər. Bizim günlərdə həqiqi məhəbbət anlayışı artıq dərəcədə təhrif olunur. İsmayıl ailədən qovulanda İbrahimin hissləri barədə bir anlıq düşünün. O öz bədən və qanının bir hissəsinin evdən həmişəlik necə gediyinin şahidi oldu. İbrahim İshaqı qurbangahda qurban gətirməyə hazırlaşanda onun nə hiss etdiyini təsəvvürünüzə gətirin. Yaqub öz oğlu Yusifin ölümü haqqında düşünərkən onun reaksiyası haqqında düşünün.

İnsanların çoxu öz ürəklərini bilmir. Nə vaxtsa, ola bilsin bir hadisə baş versin hansı ki, onların həqiqi, təmiz, ilahi məhəbbətin mənasını elə heç vaxt dərk etmədiyini göstərsin. Biz gərək Onun Lütfünün gerçəkliyini təcrübədən keçirək ki, Tanrının Məhəbbətində yaşayaq.