понедельник, января 25, 2010

"Qaranlıqda keçən dərslər" Dr. Karl Stivens


25 YANVAR

“QARANLIQDA KEÇƏN DƏRSLƏR”

Zəbur 25:8 – “Rəbb xeyirxah və haqdır, Ona görə günahkara düz yol göstərir”.


İnsanların çoxu gözlə görə biləcəklərindən daha uzaq olan Tanrının planını anlamayanda, iman dərslərini qavramaqdan imtina edirlər. Yəhya 6:66-da o kəslər ki, İsanın ardınca getməkdən döndülər, duyğularla hiss etdikləri şeylərin çərçivəsindən qırağa çıxmaq istəmirdilər. Onlar yalnız gözlə gördüklərinə, əqlləri ilə qavradıqlarına və emosiyalar ilə duyduğlarına etibar edə bilərdilər.

Qapqaranlıqda gedərkən və heç bir işıq olmayanda, biz gərək hər zaman öz əqlimizi İsada cəmləşdirək. Xristianların çox az bir hissəsi imkan verir ki, onları buna öyrətsinlər. Əgər bu günləri normal Kilsə sınaqlardan keçsə, onun üzvlərinin çoxusu demək olar ki, ani surətdə yoxa çıxacaq.

İnsanlar tənhalıqda olaraq qaranlıq künclərdə gizlənirlər, çünki onlar heç vaxt Ruh tərəfindən öyrədilməyiblər. Qaranlığın ortasında imanla biliyin tədbiqi haqqında onların heç bir anlayışı yoxdur və onlar məhəbbətlə hərəkət edən imanla gəzmək gücünə malik deyillər.

Gəlin bunu unutmayaq: O, dünyanın nurudur.