четверг, января 28, 2010

"Qələbə - bu, normaldır" Dr. Karl Stivens


28 YANVAR

“QƏLƏBƏ - BU, NORMALDIR”

Luka 14:22 – “Nökər isə dedi: Ağa, sənin əmrin yerinə yetirildi, hələ artıq yer də qalıb”.


Tanrı istəyir ki, biz Lütfün qüdrətində yaşayan, salehliyin gücündə sevən, Ruhun qüvvəsində Məsihi izləyən, Tanrının Kəlamını diqqətlə dinləyən və həqiqəti tədbiq etməklə İsa Məsihin ardınca gedən tam bir şəxsiyyət olub, günahın təsirindən azad olaq və günahın hakimiyyətindən satın alınaq.

Tanrı istəyir ki, biz qələbəni Tanrı övladı üçün nəzərdə tutulmuş davamedici bir proses, imanlının qələbə həyatını isə normal bir həyat kimi başa düşək. İsa haqqında həqiqətin etirafı – bu, normaldır. İnsanların Məsihdə dikəldilməsi – bu, normaldır. Tanrıya iman – bu, normaldır. Lakin iblis bizdən normal (mahiyyət etibarı ilə fövqəltəbii) olan şeyləri alıb, qəlbi sfera vasitəsilə insanlara təsir göstərərək Tanrı Kəlamının həqiqətinin tədbiqinə mane olur.

İndi isə məndə Müqəddəs Ruh və Tanrının Kəlamı olanda, mömin həyat tərzi sürmək normaldır. Sağlam və sağ-salamat olmaq mənim üçün normaldır. Günah üzərində qələbə çalmaq mənim üçün normaldır. Duada qalib olmaq normaldır. Mən fövqəltəbii Tanrının övladıyam və O, həyatımda birinci yer tutur.