суббота, января 30, 2010

"Həqiqi Nur" Dr. Karl Stivens


30 YANVAR

“HƏQİQİ NUR”

Yəhya 1:9 – “Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı”.


Cəmiyyətin mənəvi vəziyyəti həyati vacib rol oynayır. O, milli tamlığın saxlanmasına və şəxsi azadlığın, hüquq və mülkiyyətin qorunmasına xidmət edir. Lakin mənəvi nura ilahi nuru əvəz etməsinə icazə veriləndə, bu, ruhani transformasiya üçün maneə törədir.

Xristianlıları ilhamlanmış təlimlərdən, stimullaşdıran ideyalardan və bəxtiyarlığın biblik əmrlərindən daha irəli gedən ilahi nurda yaşamağa həvəsləndirmək lazımdır.

Böhran gələndə, insanların çoxu bunu bütövlük adlandıraraq dərhal hadisənin mənəvi qiymətləndirilməsinə müraciət edirlər. Həftələrlə vaxt keçəndən sonra, onlar hələ də eyni hadisəni müzakirə edirlər, çünki onların daxilində hələ də Tanrı nöqteyi nəzərinin, Tanrı əqlinin və Onun iradəsinin təsiri altında dəyişiklik baş vermədi.

Əgər biz Tanrının əbədi həyatından irəli gələn Onun əbədi nurunda yaşamırıqsa, onda Onun şərtsiz Məhəbbətini təcrübədə yaşamağa qabil olmayacayıq. Əbədi Nur bizə göstərir ki, Əbədi və Sonsuz olan Tanrı hələ dünyanın əsasını qoymazdan əvvəl bizi ləkəsiz və qüsursuz görürdü.