четверг, января 07, 2010

"İsa ağladı" Dr. Karl Stivens


7 YANVAR

“İSA AĞLADI”

2 Korinflilərə 2:4 – “Mənim sözüm də, təbliğim də insan müdrikliyinin inandırıcı sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asılı idi”.


Özünüzə Nazaretli İsanın Yerusəlim üzərində ucalan dağın üzərinə qalxan anı təsəvvürünüzə gətirin. Luka 19:41-də deyilir: “İsa Yerusəlimə yaxınlaşanda ona baxıb şəhər üçün ağladı”.

İnsan bədənində olan Tanrını, İsa Məsihi ağlayan təsəvvür etmək mümkündürmü? Yəhya 11:35-də deyilir: “İsa ağladı”. Yunan sözü olan dakruo göstərir ki, İsanın bütün bədəni fiziki olaraq titrəyirdi, çünki O çox bərk ağlayırdı. Matta 23:37-də İsa deyir: “Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, siz isə istəmədiniz!”.

İsanın ürəyində Tanrının xəlq etdiyi milyonlarla insan yerləşir. O hər birini və hər kəsi sevmək istəyir. O can atır ki, baş vermə tarixindən asılı olmayaraq bütün günahları bağışlayıb, insanlara əbədi həyatı bəxş etsin. Sadəcə İsaya iman etməklə istənilən adam Onun Xilasını qəbul edə bilər. Lakin çoxları İsanı qəbul etməyəcək. Necə ki Yerusəlim Onun yer üzündə olan xidmət zamanı Xilaskarı tanımaqdan imtina etdi, insanlar Məsihi bu gün də inkar edirlər. Lakin bütün bunlara baxmayaraq İsa yenə də can atır ki, onları Öz Padşahlığına yığsın. Maraqlıdırmı ki, O, Yerusəlim üçün ağlayaraq, sonsuz həddə itmiş qəlblər üçün narahat idi?