суббота, января 02, 2010
"Nəzər üzərində təsbit edilərək" Dr. Karl Stivens
2 YANVAR
“NƏZƏR ÜZƏRİNDƏ TƏSBİT EDİLƏRƏK”
Süleymanın Məsəlləri 29:18 – “İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar. Qanuna əməl edən nə bəxtiyardır!”.
Süleymanın Məsəlləri 29:18 kitabında deyilir: “İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar”. İlahi söz, yəni burada nəzər, energiyamızı Tanrının məqsədi istiqamətində yönəldən satınalma baxışı haqqında danışır. Çoxlarımız təsdiqləyər ki, planlaşdırmadığımız şeyi etmək çətindir. Biz məqsədyönlü cəmiyyətdə yaşayırıq. İdmançılar mükafat və qızıl medallara nail olur, satıcılar isə pul mükafatı almaq ümidi ilə malların satışını artırmağa can atırlar. Görünür ki, bütün təbiətimiz bizdə müəyyən məqsədlərin olmasını tələb edir.
Süleymanın Məsəlləri 29:18a kitabında göstərilən həmin prinsip bizim ruhani həyatlarımıza da tədbiq olunur. Əgər zərurət ixtiraçılığın anasıdırsa, onda nəzər ruhani yetkinliyin stimuludur. Həvvari Pavel nəzər kişisi idi. Filipililərə 3:14-də o yazırdı, “hədəfə doğru qaçıram ki, mükafat alım, yə’ni Allahın Məsih İsa vasitəsilə etdiyi səmavi çağırışa nail olum”. Bu hədəf hər zaman onun qarşısında idi.
Nəzəri olan xristianlı – bu, sevinən və yetkin bir xidmətçidir. Nəzər bizi, İblisin sevimli vasitəsi olan, imanlının Məsihdə artımını qarşısını almağa can atan yayındırmalardan qoruyur. Tez-tez görünür ki, bizim həyatımız təcili detallarla doludur, lakin biz gərək üstünlük verdiyimiz şeyləri dəqiqliklə təyin edib, Tanrının planında irəli gedək. Qoy bizdə Davud Padşahın münasibəti olsun, “Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb, Qoy ilahi oxuyum, Səni tərənnüm edim” (Zəbur 57:7).