пятница, января 08, 2010

"Tanrının məhəbbəti birinci gəlir" Dr. Karl Stivens


8 YANVAR

“TANRININ MƏHƏBBƏTİ BİRİNCİ GƏLİR”

1Yəhya 4:19 – “Biz Onu sevirik,çünki öncə O bizi sevdi”.


Bizlərdən bəzilərinə Tanrıya bizi sevməyi icazə vermək çox çətindir. Ola bilsin ki, biz özümüzü belə dərin yaxınlıq üçün lazımsız və layiqsiz hiss edirik. Biz gərək anlayaq ki, Tanrı məhəbbətin yeganə mənbəyidir. Məhz O, məhəbbətlə birinci təşəbbüs göstərdi.

1Yəhya 4:19 açıqlayır: “Biz Onu sevirik,çünki öncə O bizi sevdi”. Bu məhəbbətin ən böyük ifadəsi onda idi ki, Tanrı Öz oğluna bizim üçün günah olmağa icazə verdi. “Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi” (Yəhya 3:16a). Misli-bərabəri olmayan Məsihin qanı ədalətin bütün tələblərini ödəyib, imkan verdi ki, günahlı olduğumuza baxmayaraq Tanrıya bizi sevməyi icazə verək.

İcazə verin ki, Tanrı sizi sevsin və Öz Xaliq gücü hesabına dinc, özünün tam müdafiə olunmasında əmin olan bir imanlıya dəyişsin. Elə bu gün vaxt tapıb, Ataya imkan verin ki, sizə görə Öz Oğlunu çarmıxa göndərməyi vadar edən məhəbbəti sizə açsın. “Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi” (1Yəhya 4:10).