четверг, января 14, 2010

"Padşahlıqda böyüyərək" Dr. Karl Stivens


14 YANVAR

“PADŞAHLIQDA BÖYÜYƏRƏK”

Filiplilərə 3:7-14 – “Amma mənə fayda gətirən nə varsa, Məsih uğrunda ziyan saydım. Bundan əlavə Rəbbim Məsih İsani tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı saymışam ki, Məsihi qazanıb Onda hesab olunum. Qanuna əsaslanan şəxsi salehliyimə deyil, Məsihə imandan yaranan, Allahdan gələn və imana əsaslanan salehliyə malikəm. Belə ki Onu və Onun dirilmə qüdrətini, iztirablarına şərikliyi dərk edim və ölümdə Ona bənzəyim ki, nə olursa-olsun, ölülər arasından dirilməyə nail olum. Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm. Amma hədəfdən tutmaq üçün qaçıram. Çünki Məsih İsa məni bu məqsəd üçün tutub. Qardaşlar, hesab etmirəm ki, bunu tutmuşam. Yalnız bir şey edirəm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün yarışıram və hədəfə doğru qaçıram ki, mükafat alım, yə’ni Allahın Məsih İsa vasitəsilə etdiyi səmavi çağırışa nail olum”.


Filiplilərə 3:8-də biz oxuyuruq ki, Həvari Pavel Tanrıdan onun həyatı üçün olan çağırışı ilə mübarizədə olan hər bir şeyi tullantı sayır. O öz ürəyində mütləq qərar çıxarıb ki, dünənki günün insani işlərini arxada qoyacaq. Kaş ki, bütün xristianlar belə hərəkət edərdi!

Keçmiş, bizim indikini sarsıtmaq üçün iblis tərəfindən istifadə olunan sevimli silahıdır. İnsanlar tez-tez buna heç bir ehtiyac olmadan belə, öz keçmişlərinin mənfi vəziyyətlərini üzə çıxardır və onlarla öz fikirlərini doldururlar. Onlar imkan verir ki, keçmiş həyacanlarının mənfiliyi onların fikirlərinə hakim olsun və nəticədə narahatçılıq və subyektivlikdə yaşasınlar.

Filiplilərə 3:13-də Həvari Pavel “arxada qalanları unudur”. Bu yanaşma ilə biz irəli getməyə davam edib, “qarşımızda olana çatmaq üçün” Tanrının bizə hazırladığına nail olmağa can atırıq. Bizi heyran edən odur ki, biz Məsihdə vahid gözün adamları oluruq (Mt.6:24).

Bizim can atdığımız yer vacibdir. Biz “hədəfə, mükafata doğru” qaçırıq. Biz onu daimi izləyərək nail oluruq. Bizim hədəfimiz, mükafatımız axı nədir? Bu, “Allahın İsa Məsih vasitəsilə etdiyi səmavi çağırışdır”. Tanrının Padşahlığında irəli qaçaraq, biz Tanrının çağırışını dərk edirik.