понедельник, января 18, 2010
"Məsihlə məşğul olmaq" Dr. Karl Stivens
18 YANVAR
“MƏSİHLƏ MƏŞĞUL OLMAQ”
1 Korinflilərə 10:1-5 – “Qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, ata-babalarımızın hamısı bulud altında qorundu, hamısı da dənizdən keçdi. Hamısı Musanın ardınca getmək üçün buludda və dənizdə vəftiz edildi. Hamısı eyni ruhani qida yedi və eyni ruhani içki içdi. Çünki onlar ardlarınca gələn ruhani Qayadan içirdi. O Qaya da Məsih idi. Amma Allah onların çoxundan razı qalmadı və cəsədləri çölə sərildi”.
Qanunun təkrarı 8-ci fəsildə İsrail övladları Tanrı tərəfindən göndərilən xeyir-dualara ehtiramsız yanaşmağa başladılar. Onlar unutdular ki, O onları Misirlilərin əlindən necə qurtardı.
Həyatlarımızda elə anlar olur ki, nə vaxt ki biz Tanrının bizi çıxartdığı “dəhşətli quyu” haqqında unuduruq (Zəbur 40:2). Rəbbin bizə etdiyi yaxşılıqları unutmamaq üçün biz nə qədər də diqqətli olmalıyıq. Həyatımız üzərində Tanrının əlini görməyəndə, biz yorulub Onunla gəzişimizdə ilıq oluruq. Öz Kəlamında O bizə bu cür azar ilə mübarizə aparmaq üçün profilaktik vasitə verir. Yazı bizə ümid verən və Məsihin bizim üçün nə etdiyini xatırladan vədlərlə doludur. “Tanrının xeyirxahlığı səni tövbəyə yönəldir” (Romalılara 2:4).
Bəzən biz özümüzü Rəbbdən elə uzaq hiss edirik və bizə elə gəlir ki, Ona yaxınlaşmaq üçün heç bir gücümüz yoxdur. Lakin İsa və Onun bizi çıxartığı quyu haqqında bir fikir kifayətdir ki, həyatımıza qurtuluş gəlsin. Əvvəlki düşüncə tərzini kənara qoyub, ürəyimizi dəyişməyə Tanrıya icazə verməyimiz üçün bizdə əminlik əmələ gəlir. Biz tövbəni qiymətləndirməyə başlayırıq, çünki Tanrı bizi o yerə gətirir. Yadda saxlayın ki, biz məşğul olduğumuz şeyləri təzahür edirik. Ona görə də gəlin İsa Məsihlə məşğul olaq.