вторник, января 26, 2010

"Kəlamdan gələn mahiyyət" Dr. Karl Stivens


26 YANVAR

“KƏLAMDAN GƏLƏN MAHİYYƏT”

Luka 8:11-15 – “Məsəlin mə’nası budur: toxum Allahın kəlamıdır. Yol kənarına düşənlər isə kəlamı eşidənlərdir. Sonra iblis gəlir və iman etməyib xilas olmasınlar deyə kəlamı onların ürəyindən götürüb aparır. Daş-kəsəkli yerə düşənlər isə kəlamı eşidib sevinclə qəbul edənlərdir. Lakin onlar kök salmadığına görə bir müddət iman edir və sınaq vaxtı gələndə imandan dönürlər. Tikanlar arasına düşənlərsə bunlardır: kəlamı eşidirlər, amma get-gedə bu həyatın qayğılarına, var-dövlətinə, zövqlərinə qərq olur və yaxşı bəhrə vermir. Münbit torpağa düşənlər isə bunlardır: bu insanlar kəlamı eşidib xeyirxah və sadiq ürəkdə saxlayırlar. Bunlar səbirlə bar gətirir”.


Bibliya dünyada ən dəyərli kitab olub və olmaqdadır. Bütün bu illərdən sonra, o hələ də tezsatılan kitabdır. Onun yüksək qiymətinin səbəbi 2 Timoteyə 3:16-da açıqlanır: “Bütün Müqəddəs Yazılar Allahdan ilham almışdır”.

Bu sözlərə əlavə olaraq, biz gərək nəyə və necə eşitdiyimizə çox diqqət yetirək (Mark 4:24; Luka 8:18). Qulaq asdığımız hər bir şey Tanrı Kəlamının dediyinə uyğun olmalıdır.

“Yazılmışdır: İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” (Matta 4:4).

Bu sözlər Bibliyadandır. Biz həyat yoldaşımızın dediyi ilə, və ya cəmiyyətin bizdən gözləyə biləcək şeylərlə yaşamalı deyilik. Tanrının ağzından çıxan hər kəlmə ilə yaşamalıyıq.

İnsanların bir çoxları iman üzərində əsaslanan həyat yaşamaq istəyirlər. Lakin bu iman müəyyən bünövrədə durmalıdır. Və bu bünövrə Tanrı Kəlamıdır, hansı ki bizi öyrədir: “Beləliklə, iman xəbəri eşitməklə, xəbəri eşitmək də Məsihin kəlamının təbliğ olunması ilə gəlir” (Romalılara 10:17).