среда, января 13, 2010

"Mənim rəylərim Tanrının əqli ilə müqayisədə" Dr. Karl Stivens


13 YANVAR

“MƏNİM RƏYLƏRİM TANRININ ƏQLİ İLƏ MÜQAYİSƏDƏ”

Yeşaya 55:7 – “Qoy pis adam öz yolunu, Şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, Ondan mərhəmət tapsın. Qoy bizim Allahımız tərəfə dönsün, Çünki Onun əfvi boldur”.


Biz gərək öz şəxsi rəyə əsaslanaraq düşünməyək. Əgər bu baş verirsə, onda biz öz-özlüyündə məntiqdən məhrum olmayan birtərəfli düşünmə prosesini doğuracayıq. Misal üçün kimsə deyə bilər: “Mən hər şeyi yoxlayıram, hər şeyə müvafiq təsdiqlər tapıram və hər şeyi edirəm ki, vəziyyətə emosional yanaşmayım. Mən başqasının təsiri altına düşüb, öz yanaşmamın fərdiliyini itirmək istəmirəm.” Bütün bunlar yaxşı səslənir, çünki münasibdir. Dəhşətli problem ondadır ki, Tanrı heç vaxt bu ürəyi əldə edə bilməyəcək.

Mahiyyət etibarı ilə insan deyir: “Tanrım, mənim ürəyim demək olar ki, Sənindir. Sözün düzü, mənə elə gəlir ki, mən artıq özüm deyiləm”. Belə yanaşma tez-tez öz intellektualizmi ilə qürurlanan insanlara aiddir. Bu səbəbdən elə, heç vaxt öz ürəklərini Rəbbə tam şəkildə verməyib, onlar onu Tanrıya tam həsretmədən qoruyurlar. Çarmıx ciddi şəkildə onların ürəklərində yer tutmağa başlayanda, balaca bir yayındırıcı an onların gözlərində nəhəng bir şeyə çevrilir. Bu cür insanlar qorxur ki, biblik doktrin onların düşünmə prosesinə üstün gələcək; ona görə onlar təlim ilə tam doldurulmadan yayınırlar. Onlar öz rəy və nəzər nöqtəsini Tanrının əqlinə tabe etmək istəmirlər.

Bu insanlar öz “Mən”-indən azad olmuş müqəddəs kişi və qadınlara verilən müdrüklüyə və hakimiyyətə yolun imkanını əldən buraxırlar.