понедельник, января 11, 2010

"Tanrının təminatı" Dr. Karl Stivens


11 YANVAR

“TANRININ TƏMİNATI”

Yəhya 6:51 – “Göydən enmiş, həyat verən çörək Mənəm. Əgər bir kəs bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz bədənimdir”.

Yəhya 6:35-də İsa Öz şagirdlərinə deyir: “Göydən enmiş, həyat verən çörək Mənəm. Əgər bir kəs bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz bədənimdir”. İsa Özünü bizə Öz Kəlamı vasitəsilə açır və biz burada həyatlarımız üçün zəruri olan bütün tamlığı və razılığı tapırıq.

Bizim istəklərimiz Tanrının Kəlamında olanda, Rəbb bizdən heç bir xeyir-duasını gizlətməz. O bizə tədqiqat, iş və istənilən vəziyyət üçün zəruri olan hər bir şeyi verəcək. Biz həqiqətən Məsihlə yaşayarkən və bizim üçün “hər şey hərtərəfli” məhz O olanda, onda biz ehtiyacımızda yaşayıb, Yazını kənara qoymuruq. Biz Zəbur 23-ə inanırıq, hansı ki deyir: “Rəbb mənim çobanımdır.” Əgər biz Tanrının Kəlamına bel bağlayırıqsa, üç xüsusiyyət həyatımızı səciyyələndirəcək:

1. Tanrının sülhü qəlbimizdə hökm sürəcək;
2. Kəlamın həqiqəti qəlbimizin mahiyyəti olacaq;
3. Bizdə yaşayan Tanrının təminatından tam asılı olduğumuz zaman, edəcəyimiz hər bir şey Tanrı Adının təbiətində olacaq.