воскресенье, января 03, 2010

"Onun Kəlamı Həqiqətdir" Dr. Karl Stivens


3 YANVAR

“ONUN KƏLAMI HƏQİQƏTDİR”

Yəhya 17:17 – “Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir”.


Tanrının Kəlamını dinləyərkən bütün fərziyyələri inkar etmək lazımdır. İnsanlara, ayrı-ayrı şəxslərin rəylərinə və ya vəziyyətlərə imkan verməyin ki, dinləmə prosesinə mane olsunlar. 1 Salonikililərə 2:13-də Həvvari Pavel yazırdı: “Dayanmadan Allaha biz də şükür edirik, ona görə ki siz bizdən eşitdiyiniz Allah kəlamını qəbul edəndə onu bəşəri söz kimi deyil, həqiqətən, Allahın kəlamı olaraq qəbul etdiniz. Siz imanlılara tə’sir edən də bu kəlamdır.”

İnsanlara uğurlu xidmətin yolu kafedradır ki, dəqiqliklə yazılan kimi insanlara dəqiqliklə Tanrının Kəlamını vəz edir və öyrədir. Yəhyanın Müjdəsi 17:17-də deyilir: “Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir”. Həqiqət sözü altında burada Tanrının mütləq və əsas hakimiyyəti başa düşülür. Tanrının Kəlamı Tanrının mütləq hakimiyyətidir. Zəbur 138:2b-də zəburçu deyir: “Çünki ismini, kəlamını hər şeydən üstün tutmusan”. “Üstün tutmaq” ibrani dilində gadat “böyük, daha geniş və ya çox iri etmək, olmaq” deməkdir. Rəbb Luta qarşı Öz mərhəmətini onun Sodom və Homorrada mühakiməsindən üstün tutdu. O, İshaqın xidmətini yüksəltdi (Yaradılış 26:13). O, Yaqubu ucaltdı (Sayılar 23:21). O, Öz lütfünü ucaldır ki, o, günah üzərində hökm sürsün.