суббота, января 23, 2010

"İman itaətinin qaydası" Dr. Karl Stivens


23 YANVAR

“İMAN İTAƏTİNİN QAYDASI”

2 Timoteyə 1:12 – “Bu əzabları çəkməyimin səbəbi də budur. Amma bundan utanmıram, çünki Kimə inandığımı bilirəm və arxayınam ki, mənə verdiyi əmanəti Öz gələcəyi günə qədər saxlamağa qadirdir”.

İsanın həyatı bizim üçün bir nümunə kimi xidmət edir və bu nümunə əlçatandır, çünki Məsih bizdə yaşayır. Biz gərək bu cür yaşayaq: İlk öncə mən öz Rəbbimi şəxsən tanımalıyam, sonra məndə Ona etibar yaranır və daha sonra isə Ona itaət olmağa hazıram. Qayda belədir. O, düşdüyüm vəziyyətlərdən asılı deyil.

2 Timoteyə 1:12b-də Həvari pavel yazırdı: “Kimə inandığımı bilirəm və arxayınam ki, mənə verdiyi əmanəti Öz gələcəyi günə qədər saxlamağa qadirdir”. Pavel öz Rəbbini tanıyırdı.

Onu şəxsən tanıyandan sonra, biz nigahımızın ən çətin problemlərini Ona etibar edə bilərik.

Onu şəxsən tanıyandan sonra, biz Ona öz əqli çaşqınlığımızı, emosional problemlərimizi və fiziki ağrılarımızı tapşıra bilərik.

Hər bir şey bizim Onu şəxsən tanımağımızdan asılıdır. Ona etibar edərək və Onu tanıdığımıza görə imanda hərəkət edərək, biz Ona itaət olmaq istəyirik. Biz Onun Kəlamının iman itaətinə daxil olanda, O bizə Tanrının əsl səlahiyyətini ötürür.