воскресенье, января 10, 2010
Pastorun Sözü, 10 yanvar - səhər
1 Korinflilərə 1:30-31 – Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu. Buna görə yazıldığı kimi “öyünən Rəbdə öyünsün”.
Bu, Bitirilmiş İş bəndləridir. Biz Bibliyanı oxuyuruq, çünki Rəbb İsa Məsihi tanımaqda böyümək istəyirik. O bizi sevir, bizim üçün hər şeyi edib ki, bizim Tanrı ilə yaxın münasibətimiz olsun. Deyilir ki İsa bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu. Biz də imanla gəzirik ki, İsa Məsihi tanıyaq. Ona görə biz bir-birimizi imanda gəzməyə ruhlandırırıq. Həvari Pavel yazırdı – “Mən üçün həyat Məsih, ölüm isə qazancdır”. Ölüm bizim üçün sanki «последний выпуск, последний звонок» (son məzuniyyət, son zəngdir). Biz Bibliyamızı sevirik, tədqiq edirik, özümüzlə daşıyırıq. Onda Rəbbin Sözü də ürəyimizdə Öz izini qoyur və biz dəyişilməyə başlayırıq, böyüyürük.
Məsih bizim üçün ilahi müdriklikdir. O gəlib ki, bizdən narahatçılığı, qəm-qüssəni, nifrət və itaətsizliyi götürsün. Biz bunu öncə tamaşada da gördük. Rəbb bizim təqdisimizdir. Təqdis o deməkdir ki, Rəbb bizi Özü ayırmağa gəlib. Qoyun Rəbb Öz Sözü ilə ürəyinizə xidmət etsin. Bununla O bizi qadir edir – xidmətə, qəbul etməyə, almağa. Rəbb istəyir ki, biz qəbul edək və qəbul etməkdə böyüyək. Onda biz də sonra vermək üçün qabil oluruq.
Gəlin düşüncə bacarığımızı inkişaf etdirək, onda müdrik ola bilərik və yolumuzu düz gedərik. Rəbb bizi xilas etdi, O bizə salehlik verdi, bu Onun salehliyidir. Rəbb bizim üçün salehlik olub. Ona görə öyünən, Rəbdə öyünsün və Tanrının onun üçün xilas anında və ümumi olaraq nə etdiyini tanısın.
Bitirilmiş İş o deməkdir ki, İsa Məsih hər şeyi edib, artıq əlavə bir şeyə ehtiyac yoxdur. Biz azadıq və kilsə xidmətində sitayişə gəlirik. Xidmətin hər bir hissəsi müqəddəsdir, ona görə biz sitayişi heç bir anını belə buraxmaq istəmirik. Biz tələsirik ki, gəlib bacı-qardaşlarımızla birlikdə Tanrıya izzət gətirək. Müqəddəs Ruh içimizdə işləyir, Söz isə bizə xidmət edir. Həvari Pavel öz məktublarında niyyətini açıqlayır – o istəyir Tanrının dəvətinə sadiq qalsın və həmin dəvətin ardınca getsin.
Rəbbimiz işi tamam edib, mən istəyirəm həmin Bitirilmiş İşdə kim olduğumu bilim.
Kolosselilərə 3-cü fəsildə deyilir ki, biz Tanrının içində yerləşdirilmişik. Bibliyanın digər yerində isə deyilir ki, Tanrı bizi səmavi yerlərdə əyləşdirib, Tanrı bizə bəraət qazandırıb.
Biz xilasımızı itirə bilmərik, çünki mən özüm özümə bəraət qazandırmamışam, bunu Tanrı edib. Çarmıx da həyatımda oyuncaq deyil, çarmıx faktdır! Tanrı Öz Oğlunu bir dəfə və həmişəlik olaraq qurban verib ki, biz Onda bəraət qazanmış olaq.
Əyyubun vəziyyəti çox çətin idi, onu bu vəziyyətdə ruhlandıran adam da çox deyildi. Həmin vəziyyətdə olaraq Əyyub çaşıb qalır və biz bunu başa düşürük, bu bizim üçün sürpriz deyil. Amma Əyyub 19:25-də o deyir “Amma mən bilirəm ki, Satınalanım yaşayır”. Bax Əyyubun bu hərəkəti bizim üçün sürprizdir. Əyyub reallıqdan yapışıb.
Rəbb deyir ki, həyatımızda vacib şey artıq baş verib, tamam olub – sən xilas oldun, Tanrı üçün ayrıldın və indi, bunda davam et!
Bibliya deyir ki, İsa Məsih imanla ürəyimizdə yaşayır ki. Biz də Onun kimi sevə bilək. Bu məhəbbət bütün ağıldan üstündür. Biz fikirləşirik ki, bizə nə lazım olduğunu bilirik, ancaq Tanrının kamil biliyi var, Onun fikirləri daha üstündür və O bizdən daha yaxşı bilir ehtiyacımızı. Tanrımız Atadır bəli, amma O həm də bizim «папуля»-mızdır. Bu, Onunla münasibətimizin nə qədər yaxın olduğunu göstərir. Hamı atasına “Ata” deyə bilər, bəs «папуля»? Tanrı bunu istəyir. Onun mərhəməti hər səhər yeniləşir. O səbir (dözüm) münasibətini göstərəndir (Romalılara 15:5), Onun bizə olan münasibəti ilahi məhəbbət əsasındadır (1Jəhya 4:8, 18-19), O Atasızların Atasıdır (Məzmur 68:5), bizi Öz əllərinə götürən Atadır (Məzmur 27:10), o lütfkar Atadır (1Peter 4:10). Biz Onun etdiyini heç vaxt dəyişə bilmərik, ona görə heç cəhd də göstərməməliyik. Tanrı istəyir ki, biz imanla davam edək. Öyünən Rəbdə öyünsün! Nə edirsənsə Tanrı üçün edən kimi et, çünki O səni xilas edib. Tanrı böyükdür, ona görə biz də böyük edib. O müqəddəsdir, bizi də müqəddəs edib. O mərhəmətlidir, bizi də mərhəmət göstərən edib.
Bizim Azərbaycanda doğulmağımız, müəyyən ailədə olmağımız, müəyyən insanlarla əhatə olunmağımız təsadüf deyil. Tanrı bizi burada yerləşdirib ki, biz bölüşək, Sözü deyək, ətrafdakıları sevək, Müjdəni bəyan edək.
Tanrı ilə düşünməkdə davam edin. Məqsədimiz Onu daha da yaxından tanımaqdır! Pastor Stivens deyərdi – “Biz Bitirilmiş İşin nəticələriyik”. Azərbaycanda belə bir adət var – insanlar evlənən cütə arzu edib deyərlər: "Xoşbəxt olasız, oğullu qızlı olasız. Nəvə-nəticə görəsiz!" Bax biz Bitirilmiş İşin nəticələriyik! Biz Bitirilmiş İşi dəyişə bilmərik – biz nəticəyik! Bunu öz həyatınızda yaşayın – ən yaxşısı budur. İsa Məsih hər şeyimizdir – O bizim ilahi müdrikliyimiz, salehliyimiz, müqəddəsliyimiz, satınalınmamız, yolumuz, həyatımız, həqiqətimiz, yaxşı Çobanımızdır! Amin!