пятница, января 15, 2010

"Səltənətdə təsbit olunmuşlar" Dr. Karl Stivens


15 YANVAR

“SƏLTƏNƏTDƏ TƏSBIT OLUNMUŞLAR”

Matta 6:33 – “Ona görə də siz əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək”.


İnsanların çoxu bilmir ki, vəziyyətləri düzgün şəkildə necə qiymətləndirsin və onlara müvafiq cavab versinlər. Onlar qeyri sabit emosional dəyişkənliyin uzun müddət davam edən dövrünü yaşayırlar. Nəticədə mənfi əqlin münasibəti əmələ gəlir. Süleymanın Məsəlləri 23:7-də deyilir: “O, ürəyində hər şeyin hesabını edər”. Məsəllər 4:23-də deyilir: “Hər şeydən əvvəl öz ürəyini qoru, Çünki həyat çeşməsi odur”. Buna baxmayaraq, çoxları öz ürəklərini lazımi ilahi mahiyyətdə qoruyub saxlaya bilmir.

Qorunmayan ürək çöllükdə yaşayır. Belə ürəyi olan insan Məsihin əqlinə lazımi səmtlənmə olmadan fəaliyyət göstərir. Biz, imanlılar Tanrının Sevimli Oğlunun Səltənətinə keçirilmişik (Koloselilərə 1:13). Siz başqa hakimiyyətə - ilahi hakimiyyət, ilahi səltənət və ilahi sistemə tabesiniz. Mövqeyi cəhətdən biz İlahi Səltənətin içindəyik və bu Səltənətdə fəaliyyət göstərmək ilahi hakimiyyətin çərçivələrində, ilahi sistemdə, ilahi təşkilatda, ilahi təminat və ilahi təyinatda fəaliyyət göstərmək deməkdir. Həyatımızın çeşmələri və onun resursları bu sistemdən, Tanrının Kəlamı ilə verilmiş onun təyinatından, idarəsindən və hakimiyyətindən gəlir.