воскресенье, января 31, 2010
"Ucalardan gələn məqsəd" Dr. Karl Stivens
31 YANVAR
“UCALARDAN GƏLƏN MƏQSƏD”
Zəbur 57:7 – “Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb, Qoy ilahi oxuyum, Səni tərənnüm edim”.
Mahiyyət etibarı ilə, həqiqi məqsədə heç kəs malik ola bilməz, o vaxta qədər ki onun ürəyi Tanrıya tam etibar ilə yönəldilməyəcək. Əgər siz Tanrı məqsədinin və onun əsaslandığı möhtəşəm prinsiplərin mənasını başa düşürsünüzsə, onda “ucalardakı şeyləri axtarın” (Koloselilərə 3:1-2).
Baxmayaraq ki, biz iş haqqında düşünməyə məcburuq, lakin bizim həyatımız işin törəməsi deyil. Əksinə, o, Tanrının yaratdığı həmin “ucalardakı” sözünün törəməsidir ki, o məndə yaşasın.
Əgər biz ucalardakı şeyləri axtarırıqsa, onda bizi incitmək mümkün deyil. Bizə heç kim əminsizliyi ötürə bilməz. Bizə hər hadisəyə reaksiya vermək gərək deyil. Bizə cismimizi razı salmaq lazım deyil. Məsihi tanımayan insanlar, ola bilsin ki bütün bu şeyləri edir, lakin biz etmirik, çünki biz Tanrının məqsədindəyik, Tanrının məqsədinə uyğun hərəkət edirik və Tanrının məqsədi üçün iş görürük.