вторник, января 12, 2010

"Məhəbbətin Təchizatı" Dr. Karl Stivens


12 YANVAR

“MƏHƏBBƏTİN TƏCHİZATI”

2 Korinflilərə 9:11-12 – “Hər tərəfli səxavətli olmanız üçün hər baxımdan varlandırılacaqsınız. Səxavətiniz bizim vasitəmizlə Allaha şükür etməyə səbəb olacaq. Çünki etdiyiniz bu xidmət yalnız müqəddəslərin ehtiyaclarını ödəməklə kifayətlənmir, həm də çoxlarının Allaha şükür etməsi ilə aşıb-daşır”.


Bir dəfə kimsə dedi: “Əgər sizin həyatınızda belə bir insan varsa ki, sizi hər vəziyyətdə sevəcək, heç vaxt təslim etməyəcək, sirrli yanınıza gəlib, günahlarınızı örtəcək və heç zaman yadınıza salmayacaq, sizin hansı vəziyyətdən keçdiyinizi bilərək sizinlə ağlayacaq, onda bilin ki, bu, məhəbbətdir”. Tanrının Kəlamına uyğun olaraq, bu məhəbbət bizə əlçatandır. Lakin çoxlarımı ömrünün sonuna qədər belə sevməyə qadirdir? Kədərlidir, lakin Amerikada kilsələrin çoxusuna canlanma gəlmədi və bu da ilahi məhəbbətin olmaması haqqında şəhadət edir. Yəni o kəslər ki, bir yerdə yola getmir, heç vaxt Tanrının Məhəbbətini yaşamayıblar. Onların heç xəbəri də yoxdur ki, yalnız o, çarmıxı götürməyə, onu aparmağa və başqaları üçün çarmıx olmağa güc verir. İblisin ərazisində yaşayarkən, Tanrının təchizatına ehtiyacımız var. Lakin Tanrı heç vaxt Öz adamlarına onların qabiliyyətindən üstün Tanrı Kəlamını qəbul etməyə və Müqədəs Ruhla dolu olmağa imkan verməz.

Tanrı düz bizim qəbul edə biləcəyimiz qədər verir. Məsihə imanla hay vermək qabiliyyətimizə uyğun olaraq, Onun hər bir imanlı üçün, həyatın hər bir vəziyyəti üçün təchizatı var.