пятница, января 22, 2010
"Dirilmənin zəfəri" Dr. Karl Stivens
22 YANVAR
“DİRİLMƏNİN ZƏFƏRİ”
Yəhya 11:42-44 – “Bilirəm ki, Məni həmişə eşidirsən. Lakin bunu ətrafımda duran xalq üçün söylədim ki, Məni Sən göndərdiyinə iman etsinlər». Bu sözləri söylədikdən sonra «Lazar, bayıra çıx!» deyə bərkdən qışqırdı. Ölü də bayıra çıxdı. Onun əl-ayağı sarğılarla və üzü dəsmalla bağlanmışdı. İsa onlara «onu açın və buraxın getsin» dedi”.
Lazarın məzarı yanında duraraq, İsa əmr etdi ki, daşı girişdən çəksinlər. “Nə?”, Ondan soruşdular. “Bədən, şübhəsiz üfunət verir”. Daşın arxasında çürüyən, pis iylənən meyit yerləşirdi. Rəbb istəyirdi ki, bu insanlar yaxına gəlib günahın nə qədər pis qoxulu olduğunu və bədən öləndə və çürüyəndə nə baş verdiyini anlaya bilsinlər.
“Məzara yaxın gəlin”, İsa burada deyirdi. “Diqqətlə baxın, görün günah ölümə düçar olan bədən ilə nə edir”.
Nəhayət, Lazara müraciət edərək, İsa söylədi: “Çıx! Həmən çıx!” Yunan əslinə əsasən, İsa məhz bu cür Özünü ifadə etdi.
Həmin an, Lazarın bədəninə həyat gəldi və o, məzardan çıxdı. İsa təəcübdən donub qalmış insanlara dedi ki, ona dəfn örtüklərindən azad olmağa kömək etsinlər. Rəbb ölüm buxovlarını qıraraq, dirilmiş həyatı verdi.