вторник, января 05, 2010

"Müqəddəs Ruhun dikəltmə prosesi" Dr. Karl Stivens


5 YANVAR

“MÜQƏDDƏS RUHUN DİKƏLTMƏ PROSESİ”

Həvarilərin İşləri 9:31 – “Beləcə bütün Yəhudeya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti əmin-amanlığa çatdı. İnkişaf edən və Rəbb qorxusu içində yaşayan cəmiyyət Müqəddəs Ruhun ürəkləndirməsi ilə sayca artırdı”.

Tanrı Öz xalqını dikəltmək üçün Bibliyadan istifadə edir. Bu, Lütf Kəlamıdır ki, bizi obyektiv şəkildə dikəldir. Bunu nəzərə alaraq, öz qəlbinizi başlanğıc struktur kimi, Tanrının Kəlamını isə Müqəddəs Ruhun Onun üzərində tikmək üçün istifadə etdiyi əsas mahiyyət kimi təsəvvürünüzə gətirin.

Belə struktur üçün ilkin şərt Müqəddəs Ruh ilə dolmaqdır ki, Efeslilərə 5:18-ə uyğun olaraq deyildiyi kimi, biz hər zaman Müqəddəs Ruh ilə dolmalıyıq. Buna biz öz azad iradəmizdə Lütf Kəlamına yaxşı münasibət bəsləməklə nail oluruq. Bunun nəticəsində Ruhla dolma prosesi bizim üçün fasiləsiz olur. Bu, Tanrının təbiətini əks etdirən istənilən mömin qəlbi struktur üçün ilk şərtdir.

Qəlbin dikəlməsi mövzusuna aid Bibliyada küllü miqdarda bənd var: Həvarilərin İşləri 9:31; Efeslilərə 3:17 və 19; Qalatiyalılara 4:19; Koloselilərə 2:6 və 1Peter 2:5. Hətta bina hazır olanda belə, tikinti prosesi dayandırılmır. Zəbur 16:5-6 və 23:5-də deyildiyi kimi, ağzınadək camımı doldurursan. Bu o deməkdir ki, qəlbimin camı ağzınadək doludur. Mən artıq özümə bir yazığ kimi baxmayıb, yaratdığım acizlik surətində yaşamayacağam. Mən yanlış qəlbi struktur ilə yaşamayacağam. Bunun əvəzində, mənim inanılmaz həyatım və başqalarına həyat vermək potensialım olacaq.