воскресенье, января 24, 2010

"Məhəbbət və Mərhəmət ilə ünsiyyətdə olun" Dr. Karl Stivens


24 YANVAR

“MƏHƏBBƏT VƏ MƏRHƏMƏT İLƏ ÜNSİYYƏTDƏ OLUN”

Zəbur 23:6 – “Bəli, bütün həyatım boyu Yaxşılıq, məhəbbət məni izləyir. Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam!”.


İman bizi yaxşılığa həvəsləndirəndə, bu nə qədər də gözəldir: Tanrıya ehtiram etdiyinə görə öz zövcəsini sevməyə can atan ər, öz ərini şərtsiz məhəbbətlə sevən zövcə. Uşaqlar və yeniyetmələr Tanrını və valideynləri sevməyə can atanda, bu nə qədər də əladır.

Lütf və Həqiqətlə dostluq edin. Məhəbbət və Mərhəmətlə ünsiyyətdə olun. Qoy Tanrının hüzuru qəlbinizə toxunsun və şəxsi nurlandırmalar versin. Kəlam sizdə bol şəkildə yaşamağa başlayacaq. Biz Məsihin xasiyyətində və Onun məhəbbətinin dəyişdirmə gücü üzərində fikrimizi toplayanda, imanın mahiyyəti açılacaq. İman tərəddüdsüz inanır; o görmədən bilir. İmanın potensialını anlamaq olduqca gözəl və müqəddəsdir. Nə iblis, nə də gözlə görünən şeylər bu potensialı məhdudlaşdıra bilməz. Ürəkdə və qəlbdə Tanrı Kəlamını qavramaq qabiliyyəti artanda, nə duyğular, nə də hisslər onda olan dikəltmə gücündən məhrum edə bilməz.