суббота, января 16, 2010
"Əqlin təzələnməsi" Dr. Karl Stivens
16 YANVAR
“ƏQLİN TƏZƏLƏNMƏSİ”
Süleymanın Məsəlləri 23:7 – “O, ürəyində hər şeyin hesabını edər. Dilində sənə “ye, iç” deyər, Amma ürəyi ilə dili bir deyil”
Kəlamı dinləmək zərurətini başa düşmək çox vacibdir. Fikirlər yaddaşın mərkəzində qaydalar təşkil edir. Onların dərinliyi bizim müəyyən mövzu üzərində düşüncələrimizin nə dərəcədə davamlı və nə qədər dərin olmasından asılıdır. Bu halda düşüncə prosesinə hər hansı bir təzyiq istisna olunub. Yaddaş mərkəzimizin qavrama səviyyəsi bizim azad iradəmizlə əvvəlcədən müəyyən olunur.
Süleymanın Məsəlləri 23:7 –də deyilir ki, insanın fikirləri onun həqiqətdə kim olduğunu aşkar edir. Bizim hərəkətlərimiz son nəticədə fikirlərimizin mahiyyətini göstərəcək. Ona görə əgər biz Məsihə bənzər olmaq istəyiriksə, onda bizə Onun əqli lazımdır (1 Korinflilərə 2 :16). İsa bizi cahillikdə qoymayıb, çünki Onun fikirləri Bibliyadadır. Ona görə əgər biz Tanrının Kəlamını sadiq dinləyib tədqiq etsək, həyatımız dəyişəcək.
Romalılara 12:2-də Həvari Pavel bizi dikəldir: “Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz”. Yunan mətnində “təzələnmə” anakainosis sözü ilə ifadə edilib. Verilən bəndin kontekstində o, daim davam edən təzələnmə prosesini ifadə edir. Bizim əqlimiz daimi təzələnmə prosesində yerləşir. Tanrının Kəlamını nə qədər çox qəbul ediriksə, o qədər də çox İsanın xassiyyətini əks etdiririk.
Qoy bu günləri məqsədimiz Tanrının Kəlamını dinləmə və onun üzərində düşünmə olsun ki, biz Məsihə daha çox bənzəyək.