среда, января 27, 2010

"Həlimliyin zəruriliyi" Dr. Karl Stivens


27 YANVAR

“HƏLİMLİYİN ZƏRURİLİYİ”

Zəbur 25:9 – “Məzlumları haqq yolu ilə aparır, Öz yolunu onlara öyrədir”.


Müqədddəs Ruh tərəfindən öyrədilən xristianlı o kəsdir ki, hər zaman dilədiyi təsəllini alır. Bütün həyatını Hindistanda yaşayan Emi Karmaykl yazırdı ki, təskinlik tapmağın mənası hər zaman Tanrının daxili nurlandırmaları ilə möhkəmlənməkdir.

“Rəbbimiz İsa Məsihin Allahı və Atasına alqış olsun! O, rəhmli Ata və hər cür təsəlli verən Allahdır” (2 Korinflilərə 1:3).

Tanrı bizə öz Kəlamını verdi ki, “dözümlə və Müqəddəs Yazıların ürək-dirəyi ilə ümidimiz olsun” (Romalılara 15:4). Əgər kimsə həlim olmayıb, möhtəşəm “məhəbbət” fəsli olan 1 Koriflilərə 13-ün həyatverici sözləri ilə yaşamırsa, onda o, Ruh tərəfindən öyrədilə bilməz. Hər kəs müəyyən biliyə malik ola bilər, lakin hamı Ruhla öyrədilən deyil. Həlim imanlı pisliyi düşünməz. Hər şeyə inanır. O, haqsızlığa sevinməz, həqiqətə isə şadlanar. O hər şeyə tab gətirər və hər şeyə ümid bəsləyər. O dediyi hər bir sözü ilə insanları dikəldir. Bu, həlim insandır. Bu, Tanrı tərəfindən öyrədilən kəsdir.