понедельник, января 04, 2010
"Özünüzü Tanrı Məhəbbətində qoruyun" Dr. Karl Stivens
4 YANVAR
“ÖZÜNÜZÜ TANRI MƏHƏBBƏTİNDƏ QORUYUN”
1 Yəhya 2:5 – “Lakin kim Onun sözünə əməl edirsə, Allah məhəbbəti onda, həqiqətən, kamilliyə çatıb. Bundan bilirik ki, biz Allahdayıq”.
Yəhuda 21-də deyilir, “özünüzü Allah məhəbbətində qoruyun”. Tanrının məhəbbətini Müqəddəs Ruh əmələ gətirir və bizim ürəklərə izhar edir (Romalılara 5:5). Buna baxmayaraq, Tanrının Kəlamı xəbərdarlıq edir ki, biz özümüzü bu məhəbbətdə qoruyaq.
“Özünü qorumaq” nə deməkdir? Yunan dilində “qorumaq” tereo olub, mənası “göz yetirmək, saxlamaq, qorumaq” deməkdir. İmanlılar daha böyük lütfdə irəli gedərək yetkinlikdə böyüməyin müsbət iradəsini dərketmə və istifadəsi vasitəsilə özlərini qoruya bilərlər. Tanrının məhəbbətində özünü qorumaq üçün ilkin şərt Rəbbdən mərhəmət intizarının olmasıdır.
“Siz isə, sevimlilər, özünüzü ən müqəddəs olan imanınızın təməli üzərində inkişaf etdirin və Müqəddəs Ruhun idarəsi ilə dua edin” (Yəhuda 20). “Sevimlilər” yunanca agapetos olub, Qolqota lütfünə görə Tanrının alovlu məhəbbətilə sevilən kəslərə aiddir. Bu bəndlər dua və özünü dikəltmə haqqında Tanrının əmrini çatdıraraq, felin əmr formasında yazılmışdır.
Tanrının sevimliləri kimi biz azad iradəmizin müsbət seçimi ilə qəlbimizin qayğısına qalmaq, hücumlardan müdafiə etmək, saxlamaq, yoxlamaq və qorumaq haqqında əmri almışıq. Belə hərəkət edərək, biz məhz hər zaman ürəklərimizə izhar edilən məhəbbəti bizə verən Müqəddəs Ruhun gücündə qala bilərik.