пятница, января 29, 2010
"Artıq mən yaşamıram" Dr. Karl Stivens
29 YANVAR
“ARTIQ MƏN YAŞAMIRAM”
Qalatiyalılara 2:20 – “Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram”.
Mən öz bədənimi Tanrının dirilmə qüvvəsi vasitəsilə İsa Məsihə canlı qurban olaraq gətirirəm. Və bu qurbanı Onunla gətirirəm. Bunu mən ölməyə çalışanlar kimi etmirəm. Bədənimi İsaya artıq ölmüş bir vəziyyətdə təqdim edirəm.
Ona öz bədənimi gətirərkən, mən əmin olmalıyam ki, iblis üçün nə hansısa ehtiyacım, nə də hər hansı istəyim vasitəsilə heç bir yer yoxdur. “Rəbb mənim çobanımdır, möhtac olmaram” Zəburçu yazırdı (Zəbur 23:1). Mən Məsihlə Qolqotada öldüm, lakin mən onunla qəbirdən dirildim. Və artıq mən yaşamıram, lakin Məsih məndə yaşayır.
Biz ölüm vasitəsilə xilas olduq, lakin ölüm üçün deyil. Öz şəxsi təcrübəmdə mən bu həqiqəti dərk etməyənə qədər, mən gərək həmişə Məsihlə ölüm haqqında mövqeyi həqiqəti etiraf edim və bununla yanaşı mən Onun dirilməsində yaşayıram. Qələbə çalmaqda təcrübə gələcəkdə olacaq. Mən bunu haradan bilirəm? Bibliya məni belə öyrədir. Və mən bütün hər şeyə qalib gələrək və qələbənin İsada olduğunu bilərək bir müzəffər kimi yaşayıram.