четверг, января 21, 2010

"Qış mövsümü" Dr. Karl Stivens


21 YANVAR

“QIŞ MÖVSÜMÜ”

Vəhy 22:1-2 – “Mələk mənə təmiz həyat suyu axan çayı göstərdi. Bu çay büllur kimi parlaq olub Allahın və Quzunun taxtından çıxır və şəhərin baş küçəsinin ortasından axırdı. Çayın hər iki tayında on iki cür meyvə gətirən həyat ağacı var idi. O ağac hər ay meyvə gətirir. Onun yarpaqları millətlərə şəfa vermək üçündür”.


Təsəvvürünüzə gətirin ki, ağaclar qışda necə də cansız görünür. Ağacın zahiri görünüşündə heç bir şey daxildə gedən daxili proses haqqında xəbər vermir, lakin bu ağac daxildə çox canlıdır. Məhz bu dövrdə şirənin əmələ gəlməsi baş verir (bədənimizdəki qan kimi). Və məhz elə bu zaman o, hər budağa və şaxəciyə həyat verərək, bitkinin hər yerinə axır.

Sonra yaz gəlir və ağaclar yarpaq və çiçəklərin bolluğundan simasını dəyişirlər. Bütün o daxildə olan həyat üzə çıxır. Qış mövsümünü qiymətləndirməmək lazım deyil. Həyat qaranlıqda, ehtiyacda və kədərdə öz işini davam edir.

Yadda saxlayın ki, məhz çox qaranlıq olan zamanlar həyat dərinlikdən gücünü yığır. Ağaclar çiçəklənib yaz, yay və payızın gözəlliyini necə yaradırlarsa, eləcə tezliklə, həmçinin rifah da gələcək. Ətrafda hər şey çiçəklənəndə, həyatda yalnız gözəl və möhtəşəm şeyləri görmək asandır. Lakin unutmayın ki, rifah dövründə həyat axını üzə çıxır. Əgər bu həyat qaranlıq qış günlərində dərinlikdə yığılmasaydı, bu mümkün olmazdı.