среда, января 06, 2010

"Tanrıya bizim ürəyimiz lazımdır" Dr. Karl Stivens


6 YANVAR

“TANRIYA BİZİM ÜRƏYİMİZ LAZIMDIR”

Matta 20


Tanrı sınaqlar göndərir. O bizə məhəbbətini verir. O bizə lütfünü verir. O bizə mərhəmətini verir. O bizə daha çox məhəbbət, lütf və mərhəmət verir. Sonra isə O deyir: “Mən sənə verdiyimdən necə istifadə etdiyini yoxlayacağam”. Çünki O bizə məhəbbət, lütf və mərhəmət verir və bunları havayı edir ki, biz buna haqq qazandırmaq üçün qanunçuluqdan istifadə etməyək. Əvəzinə, bu qazanılmamış mərhəmətə biz məhz, yalnız göylərdən bizə verilən mərhəmətlə hay verə bilərik.

Tanrı hər birimizə Süleymanın Məsəlləri 23:26-da yazılan sözlərlə müraciət edir: “Mənə sənin tam ürəyin lazımdır”. Məgər bu ədalətlidir? Məgər bizim seçim hüququnu özünə daxil edən şəxsi hüquqlarımız yoxdur? Son nəticədə, axı biz öz ürəyimizlə etmək istədiyimiz şeylər var. Bəzi kəslərə ola bilsin ki, Tanrı belə də müraciət edir: “Öz ürəyini mənə ver, baxmayaraq ki Mən onunla nə edəcəyimi hələ sənə açmayacağam. Sən gərək bunda Mənə etibar eləyəsən”. Məgər bu ədalətlidir? İnsanlar öz həyatlarını itirməkdən qorxurlar. Onlar istərdilər və hətta arzulayırlar bunu, lakin heç vaxt bunu etməyənlər kimi qalacaqlar.

“Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz” (1 Peter 2:21). Əgər siz nədənsə qorxursunuzsa, deməli siz Öz ürəyinizi Rəbbə tam şəkildə verməmisiniz. Bu o deməkdirmi ki, əgər mən öz ürəyimi Ona versəm, onda mən hətta başımı qoymağa belə yer tapmaya bilərəm? Buna cavab “bəli” olacaq. Lakin mükafatlar ödənilən qiymətdən qat-qat üstündür.