вторник, января 19, 2010
"Yükü qırağa ataraq" Dr. Karl Stivens
19 YANVAR
“YÜKÜ QIRAĞA ATARAQ”
2 Korinflilərə 4:16-18 – “Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir. Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlər isə əbədidir”.
Dar yol bizim köhnə günahlı təbiətimiz üçün kobuddur. Əgər bu günahlı təbiət müəyyən dərəcədə bizim şüurumuzu idarə etməyə davam edərsə, vəzlər onun üçün kobud olacaq. Tanrı köhnə günahlı təbiət üçün yalnız bir şeyi istəyir ki, bu da onu çarmıxa çəkməkdir. “Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın” (Romalılara 6:11).
Əgər siz yarışda qaçmırsınızsa, onda maneənin nə olduğuna diqqət yetirməyəcəksiniz. Sizdə elə olubmu ki, idmanla məşğul olmağa başlayanda, siz birdən idman hazırlığınızın zəif olduğunu aşkar etmisiniz? Burada dəyişməz bir prinsip işləyir: biz qaçışa başladığımız anda, həmin vaxt aşkar olunur ki, bizə nə isə mane olur, misal üçün, artıq piyin qırışları əmələ gəlir. Rəbb bizə bu cür yüklə nə etmək barəsində göstəriş verir.
Həmişə yadınızda saxlayın: yük – bu, Tanrı tərəfindən bizə təyin olunmuş öhdəliklərin vaxt və gücündən oğurlayan bütün şeylərdir. Bu – şüurumuzu torpağa bağlayan və özümüzə qul edən bütün şeylərdir. Gerçək və qanuni qayğılar bir yük kimi nəzərdən keçirilməli deyil. Onlara ailə, dostlar və iş daxildir.
“Bundan əlavə Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm” (Filipililərə 3:8).