воскресенье, января 31, 2010
Pastorun Sözü, 31 yanvar - səhər
Efeslilərə 3:14-21 Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən Atanın qarşısında diz çökürəm ki, O, izzətinin zənginliyinə görə Öz Ruhu vasitəsilə sizi daxili varlığınızda qüvvə ilə möhkəmləndirsin və Məsih iman vasitəsilə ürəklərinizdə yaşasın. Siz də məhəbbətdə kök salıb təməl qoyasınız, belə ki bütün müqəddəslərlə birlikdə Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə, hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız. Bizdə fəaliyyət göstərən qüdrətlə istədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allaha imanlılar cəmiyyətində (kilsədə) və Məsih İsada izzət bütün nəsillər boyunca əbədi olsun! Amin.
Həyatımızda nə baş verirsə versin unutmayın ki, Ata Allahın məhəbbəti həm möhkəm, həm də hazır vəziyyətdə hər zaman sizin üçün əlçatandır. Bizim Rəbbimiz xudbin deyil! Bəs biz necə, xudbinikmi? Olur hərdən. Lakin Tanrımız xudbin deyil və heç vaxt da olmur. Bibliya deyir ki, Tanrının məhəbbəti bütün fikirlərdən, “hər dərrakədən” üstündür. Onun məhəbbəti fədakardır, özünü qurban verməyə hazırdır. Ona görə də O yer üzünə gəldi. Həmin fədakar məhəbbət çarmıxda izah edildi. İndi hər kəs gəlib, onu qəbul edə bilər və qəbul etməklə də xudbinlikdən azad ola bilər.
Maraqlıdır ki, biz insanlara imkan verilib ki, yer üzündə yaşayarkən həmin fədakar və şərtsiz məhəbbətə malik olaq.
İblis istəyir ki, biz gözlə görünənə görə gəzək. Lakin Yeşaya peyğəmbərin kitabında deyildiyi kimi, Rəbb İsa “gözlərinin gördüyü ilə hökm etmədi” (11:3). İsa Məsih yer üzündə imanla gəzirdi.
Lukanın nəql etdiyi Müjdədə İsa bir ailə haqqında məsəl çəkir (15-ci fəsil) - ata və onun iki oğlu. Kiçik oğul öz iradəsini vacib sayır və istədiyi kimi hərəkət edərək ata evindən gedir. İsanın həyatına baxanda isə biz görürük ki, O, Matta 26:39-da Öz Atasına müraciət edərək deyir ki, “Mənim yox, Sənin iradən olsun”. Bu o deməkdir ki, O xudbin deyil.
Mən öz iradəmə arxalansam, onda bu dünyanın istiqamətindən yapışıb tutacağam, dünyanın istiqaməti isə - istəmək və özünü üçün xərcləməkdir. Mən istəyirəm və xərcləyirəm, bu isə nəticədə gətirib məni xudbinliyə çıxaracaq. Bu gün insanlar çox asanlıqla arxaya çəkilirlər və onlar bununla razıdırlar, çünki bu onların iradəsidir. Onlar deyirlər – “biz yorulmuşuq Tanrıdan, Onun Sözündən, kilsədən” – bu sözlər xudbin insanların sözüdür. Xudbinliyin ardı ilə isə familiarlır (laqeydlik, biganəlik) üzə çıxır – yəni, əvvəl əziz, dəyərli sayılan şeylər indi əhəmiyyətsiz bir şeyə dönür. Bu çox təhlükəlidir.
2 Korinflilərə 10:5 – bizim bütün düşüncələrimiz İsa Məsihə tabe olmalıdır. Biz seçim etməliyik – çarmıx yoxsa mənim iradəm. İsa Ata Allahın iradəsini seçdi, O çarmıxı seçdi!
Efeslilərə məktubda oxuduğumuz kimi, Rəbb İsa bizim içimizdə qüvvətlə hərəkət edir və çox şey edə bilər, çünki biz familiar deyilik, lakin Onun hüzurunu ucaldırıq, həmin hüzuru özümüz üçün qiymətli sayırıq. Belə olanda insan axı necə yorula bilər Tanrıdan, Onun Sözündən? Bizə Rəbbin vədlərini ucaltmaq lazımdır, öz qüsurlarımızı deyil! Biz fağır olmalı və Tanrıya yaxınlaşmalıyıq.
Dünya bizi dəyişmək istəyir və bizdən bu haqda heç soruşmur da. Amma, xeyr, mən Tanrınınam və mən Onun xalqı ilə olmaq istəyirəm!
Biz yalnız qazancımızın (əldə etdiyimizin) 10 faizini verməməliyik. Vaxtımıza da bu cür münasibət göstərməliyik, ən azı gün ərzində vaxtımızın 10 faizini Tanrının Sözünə, sitayişə, duaya həsr etməliyik , çünki biz xudbin olmaq istəmirik. Bizim marağımız var ki, Tanrının məhəbbəti bizi daim doldursun. İstənilən vəziyyətdə sadəcə özümü Tanrının Sözü səslənən yerə gətirməklə mən hər vəziyyətim üçün ilahi həll tapa bilərəm.
Ən böyük sevinc – insan xilas tapanda olur. İmanlı qəlblər udmağa getməyəndə təbii ki, darıxacaq. Axı necə darıxmaq olar itmiş insanlar xilas olanda!? Biz kiminsə xilas olduğuna şahid olanda sevinməli və xoşbəxt olmalıyıq, çünki daha bir nəfər qaranlıq padşahlıqdan nur padşahlığına köçürülmüş olur. İnsanlar kilsəyə qayıdanda da bizim böyük sevincimiz olur!
Bizim ümidimiz yalnız İsa Məsihin ikinci gəlişinə deyil, bizim bu dünyada da xeyir-dualı həyat yaşamağımıza ümidimiz var – Romalılara 5:5 – və həmin ümid bizi utandırmaz! Biz Bibliyaya əsaslanaraq durmuşuq, bizim yerli kilsəmizi heç nə əvəz edə bilməz.
Tanrının məhəbbəti möhkəm və həmişə hazırdır. Filipilərə 1:6 – Tanrı sadiqdir; Yəhya 10:20 – heç kimi bizi Onun əlindən oğurlaya bilməz; Zəbur 138 – Tanrı özününküləri kamilləşdirir, çünki O xudbin deyil!
Biz bunu başa düşməli və qəbul etməliyik – Tanrı ürəyimizin gözlərini nurlandırır ki, biz Onu tanıyaq, Onu başa düşək və xudbin olmayaq. Amin!