суббота, января 09, 2010

"Yalnız Çörəklə Deyil" Dr. Karl Stivens


9 YANVAR

“YALNIZ ÇÖRƏKLƏ DEYİL”

Qanunun Təkrarı 8:3 – “Təkəbbürünüzü sındırmaq üçün sizi ac qoydu, sonra isə nə sizin, nə də atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla göstərdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər bir kəlmə ilə yaşaya bilər”.


Özünüzə sınaq dağında olan İsanı və Onu sınağa çəkən İblisi təsəvvürünüzə gətirin. İsa təzəcə vəftiz olunmuşdu və Ata Öz iltifatını İsada bəyan etdi (Matta 3:17), lakin İblis Atanın sözləri ilə razılaşmır.

İblis qırx gün-qırx gecə oruc tutan Rəbbi sınağa çəkirdi. İsa bu sınağa cavab olaraq Qanunun Təkrarı 8:3-dən sitat gətirərək dedi: “İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” (Matta 4:4).

Siz Yazıya müraciət edib, eyni ilə İsanının etdiyi kimi edirsinizmi? 1Peter 2:21-də deyilir: “Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz”. Və ya ola bilsin ki, siz deyirsinizmi: “Mənə hər bir suala dair Yazıya müraciət etmək gərək deyil”? Siz özünüzü Tanrıdan yüksək sayırsınız? Qolqotaya qədər Öz insaniyyətinin ən zəif anında İsa deyirdi: “İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar”. Çörək – həyati vacib bir ərzaqdır və İsa o anda ona böyük ehtiyacı vardı. Buna baxmayaraq, O təsdiqləyirdi ki, biz Tanrının ağzından çıxan hər bir söz ilə yaşayacayıq.

Qoy Tanrının hər sözü özümüzü və öz sadiqliyimizin yoxlaması olsun. O yazılıb və hələ də həqiqi və hər qüdrətə malikdir.