среда, января 20, 2010

"Ürəyi nümayiş etdirərək" Dr. Karl Stivens


20 YANVAR

“ÜRƏYİ NÜMAYİŞ ETDİRƏRƏK”

Matta 13:22 – “Tikanlar arasında səpilən odur ki, kəlamı eşidir, lakin dünyanın qayğıları və var-dövlətin aldadıcılığı kəlamı boğur və kəlam barsız olur”.


Tanrı bizdə müəyyən nizam-intizamı yaratmaq üçün həyatımızın vəziyyətlərini formalaşdırır. Vəziyyətlər necə olursa olsun, insanın daxili mahiyyətini dəyişə bilmirlər. Hətta əgər Tanrı bizim üçün dünyada ən yaxşı şərait yaratsa belə, onlar yalnız bizim arzuladığımızı verəcək. “Axmağın qarşısından çəkil, Onun dilində ağıllı söz tapmazsan” (Süleymanın Məsəlləri 14:7). Əgər sizinlə ünsiyyətdə biblik doktrinin əks etdirilməsi kimin üçün isə əsas şərt deyilsə, onda belə insandan çəkilin. Bibliya onu axmaq adlandırır.

Yazıların hər bir sözü ürəyimiz haqqında nəyi isə açır, ya onun təvazökar, və ya da lovğa olmasını bildirir. Yük – bu, xarici nəfslər, günahlı adətlər və pis əlaqələrdir. Günah – qəlbin müəyyən hissələrini idarə edən Adəm təbiətinin daxili gücüdür. Buxovları, sizi büdrədə bilən hər bir günahı və mühasirəyə ala bilən “ağıllı” günahı kənara atın.

Günahı necə kənara qoyaq? Buna vaxt tələb olunurmu? Hərəkətimizi ləngidən şeylərlə necə hərəkət edirik? Buna necə münasibət bəsləyək? Kənara qoyub, özünüzdən uzaqlaşdırın. Bağda alaq otların bitməməsi üçün kökündən çıxarıldığı kimi, biz də həyatımızda Tanrının Kəlamını boğa biləcək hər bir şey ilə eyni ilə hərəkət etməliyik (Matta 13:22).