воскресенье, января 17, 2010

"Qələbəyə doğru irəliləyərək" Dr. Karl Stivens


17 YANVAR

“QƏLƏBƏYƏ DOĞRU İRƏLİLƏYİŞ”

Romalılara 12:2 – “Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz”.

Həyatın ən vacib prinsiplərindən biri də irəliləyiş prinsipidir. Şübhəsiz ki, hər bir imanlı öz həyatında ağır zamanlarla rastlaşır. Lakin ruhani artım mənasında, bu, dövrlər çox vacibdir. Onlar bizi Romalılara 8:37-dəki gerçəkliyi anlamağa kömək edir: “Lakin bizi Sevənin vasitəsilə bütün bunlara üstün gəlib qalib oluruq”.

“Üstün gəlib qalib olmaq” yunan dilində hupernikao sözüdür. Huper şəkilçisi “üstün” və ya “yüksək” deməkdir. Nikao nike sözünün törəməsidir və mənası “qələbə”-dir. Bu böyük bir həqiqətdir. Bizim qələbəmiz peşəkarlığımız və ya məhsuldarlığımızdan asılı olan dünyəvi qələbə deyil. Xeyr, bizim qələbəmiz İsa Məsih və Onun qanı vasitəsilədir.

İsanın göylərə yüksəldiyi gün haqqında düşünün (Həvarilərin İşləri 1:9). Bu, iblis və onun düşmüş ordusunun Məsihə qarşı hücuma keçmək üçün axırıncı bir şans idi. Onların cəhdləri uğursuz oldu və İsa onları Koloselilərə 2:15-də “ümumi nümayişə çıxartdı: “Allah başçıları və hakimləri tərk-silah etdi və onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi””. Əlbəttə, O, istənilən vəziyyətlərdə bizə qələbə verir.