четверг, декабря 31, 2009

"İsa ilə gözəl gələcək" Dr. Karl Stivens


31 DEKABR

“İSA İLƏ GÖZƏL GƏLƏCƏK”

1 Korinflilərə 16:13 – “Ayıq olun, imanda sabit durun, mərd və möhkəm olun”.


Vörthli Pond (tərcüməsi – Dəyərli Nohur) adlı yerdə Tanrı bizim xidmətimizin gələcəyi haqda mənə görüm verdi. Bu görümdə radio və televiziya proqramları, bütün dünyaya “səpələnmiş” bibliya kollecləri və xristian məktəbləri, həftədə üç dəfə baş verən ağzına qədər imanlılarla dolu kilsə toplantıları və dünyanın bütün yerlərinə göndərilən missionerlər var idi.

Mən bunları gördüm və o vaxt, hələ yenicə başladığım zaman Tanrının gücü sadə iman toxumuna ehtiram göstərdi.

İsa ilə hər bir gün o vaxtlarda olduğu kimi həmin təravət və fərəhlə doludur. Bizə hər dərrakədən üstün olan Tanrının Məhəbbəti verilib. Biz Tanrının bütövlüyü ilə bütöv ola bilərik. Biz Müqəddəs Ruhla dolanda, Tanrı bizim düşünüb istəyə biləcəyimiz şeylərdən qat-qat üstün şeyləri edə bilər. Gəlin Onun vədlərindən bərk tutaraq, Ona hay verək və gələcəyimizin möhtəşəm addımlarından həzz alaq.

Biz Tanrının çox böyük, möhtəşəm və valehedici işinin bir hissəsiyik. Gəlin zəfər, hüdudlarımızın genişlənməsi görümünü alaq, Tanrıda qalaraq daha və daha çox hərəkətli olmaq üçün və şəxsi həyatımız üçün görüm alaq.

Gəlin hər şeyə Qadir Olan Tanrının gücündə, hər şeyi Bilən Rəbbin düşüncəsində, hər yerdə Mövcud Olan Haqq-Təalanın gerçəkliyində irəli gedək. Qoy bütün həyat bizim üçün şənliyə çevrilsin ki, biz Məsihdə öz qələbəmizi qeyd edək.