четверг, декабря 10, 2009
"Bəli və Amin" Dr. Karl Stivens
10 DEKABR
“BƏLİ VƏ AMİN”
Mark 11:22-23 – İsa cavab verib onlara dedi: "Allaha imanınız olsun. Sizə doğrusunu deyirəm: kim bu dağa “Qalx, dənizə atıl!” deyərsə və ürəyində şübhə etmədən dediyinin olacağına inanarsa, onun üçün ediləcək”.
Üzü solğun və qırışmış əlli doqquz yaşlı qadın xərçəng xəstəliyinin dördüncü mərhələsində idi. O dua edirdi: “Tanrım, mən ölməyə hazır deyiləm. Mən hələ ölmək istəmirəm. İnanmıram ki, Sən indi ölümlə qarşılaşmaq üçün mənə lütf verirsən”.
Qadın xərçəngə qarşı müqaviməti artıran ərzaqlardan ibarət pəhrizə keçdi, müalicəvi üzvi qida əlavələrini qəbul edib, gündə səkkiz stəkandan on stəkana qədər su içməyə başladı. Üç aydan sonra xərçəng yoxa çıxdı. Bu günləri o tamamilə sağlamdır.
Bilirsinizmi, bu qadın və onun əri nəyi təkrar etməkdən yorulmurlar? “Amin, Amin! Biz Onun təbiətinə inanırıq. Onunla hər şey mümkündür və hər şey Onun tərəfindən başa çatdırılır. Hər bir vəd həqiqət əqidəsinə bürünüb. Onun bütün vədləri “İsa Məsihdə bəli və Amindir!”
Tanrının Kəlamı “Aminlərlə” doludur.
İsa bizi çağırırdı ki, Tanrıya imanımız olsun və bu iman dağları tərpədəcək. Həyatımızdakı dağlar dualarımıza təslim olur. Sadə “Amin” hər şeyi dəyişə bilər.
Gəlin Tanrının Kəlamına qulaq asaq, müqəddəs imanımızda dikələk və etibar edək ki, qarşılaşdığımız hər bir vəziyyətin cavabı “Bəli” və “Amin” olsun deyə, O bizim inamsızlığımıza kömək edəcək.