понедельник, декабря 14, 2009
"Həqiqi müdriklik" Dr. Karl Stivens
14 DEKABR
“HƏQİQİ MÜDRİKLİK”
Zəbur 103:7 – “Yollarını Musaya, Əməllərini İsrail övladlarına göstərib”.
Tanrının yolunu tanımaq, məhz bizim seçimimizdir. Lakin Müqəddəs Yazının təlimindən irəli gələn müdriklik (doktrinal müdriklik) olmayana qədər Tanrının yolunu tanımaq mümkün deyil. Doktrinal müdriklik həyatımızın bütün sahələri üçün kateqoriyalara bölünən təlim (kateqoriyalı doktrin) vasitəsilə Tanrının ağlını bilmək deməkdir. Doktrinal müdriklik cürbəcür sınaqlar üçün çoxtərəfli iman (1 Peter 1:6-7) və həyatın hər bir vəziyyəti üçün çoxcəhətli lütf verir (1 Peter 4:10). Doktrinal müdriklik üzləşdiyimiz hər bir vəziyyət üçün çoxcəhətli hikmət də verir ki, həyatımızın hər bir incəliyi üçün təminatımız olsun (Efeslərə 3:10).
Bu qorxulu zəmanədə, biz, imanlılar göylərdəki mövqeyimizi dərk etməliyik. Biz Məsihlə birlikdə bu dünyanın yolu olan kosmik sistemdə baş verən hər bir şeydən üstün əyləşdirilmişik. Məsihin bitirilmiş işi – Onun ölümü, dəfn edilməsi və dirilməsi – bizim üçün yol hazırladı. Məsihə olan imanımız qarşımızda etibarlı yol açdı. Öz vaxtında Tanrı bizi evə, göylərə gətirəcək. Amma o vaxta qədər biz bu dünyada gözlə görünənə görə deyil, Tanrının yolu ilə, imanla gəzəcəyik.
Tapılmış bu yol əməllər, qanunbazlıq və ya mühakimə yolu deyil. Biz Tanrıya ehtiram və itaət, Onun təlimlərinə sevgi və lütflə iman vasitəsilə Məsihin ardınca getmək qabiliyyətini doğuran Məhəbbət yolunu tapmışıq.