вторник, декабря 15, 2009
"Düz yol ilə gəzin" Dr. Karl Stivens
15 DEKABR
“DÜZ YOL İLƏ GƏZİN”
Süleymanın Məsəlləri 14:12 – “Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür”.
Bir gənc oğlan saat oğurlamışdı. O, zəngin söz ehtiyatı ilə öyünə bilməzdi, lakin həqiqətin təhrifinə qalanda o, bir "usta” idi. Məhkəməyə gedib hakim qarşısında duranda, onun uydurduğu hekayə o dərəcədə inandırıcı idi ki, bütün şübhələrə baxmayaraq, məhkəmə onu təqsirsiz bilmişdi.
Hakim cavan oğlanı hakimlər taxtına çağırıb, ona həyatda yalan və oğurluğun gətirə biləcəyi təhlükələri, dürüst və yaxşı savada yiyələnməyin zəruriliyini başa saldı. Hakim ona dedi ki, öz yolunu dəyişməsə bir gün o hökmən yaxalanacaq. Sonra hakim onun gözlərinin içinə baxdı və çox ciddi söylədi, “Sən bəraət qazandın!”
Gənc özünü itirmiş halda hakimə baxıb soruşdu, “Nə?”
“Sən bəraət qazandın!” hakim təkrar etdi.
Buna cavab olaraq oğlan dedi, “Bu o deməkdir ki, indi mən saatı qaytarmalıyam?”
Əlbəttə ki, bu hekayə çox məzəlidir. Ancaq həqiqət ondadır ki, əgər biz düz yolu seçmiriksə, onda əyri yolda gəzəcəyik.
Tanrının yolunda bu gün ruhlanın. Qoy Müqəddəs Ruhun həqiqət sözü ilə ürəyinizə xidmət etsin. Əbədi həyata aparan sınanmış cığırda möhkəm durun. İblis sizi yoldan çıxartmağa çalışanda, siz öz mövqeyinizi tutmaqla ona qarşı dura bilərsiniz.