суббота, декабря 12, 2009

"Ölüm məğlub edilib" Dr. Karl Stivens


12 DEKABR

“ÖLÜM MƏĞLUB EDİLİB”

İbranilərə 2:15 – “və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin”.

Qarşımızda duran imtahana düzgün cavab verəndə, ruhani əzələlərimiz böyüyür. Həmin imtahan bizə Tanrının Kəlamını daha böyük məharətlə istifadə etmək imkanını yaradır.

Tanrını izzətləndirmək və Məsihin Bədənində bir-birimizi dikəltməyimizlə biz bu dünyanın problemlərinin səbəbinə deyil, lakin onların həllinin iştirakçılarına çevrilirik. Əgər siz problem olan tərəfdəsinizsə onda Məsihə gəlin, Bibliyaya inanan kilsəyə qoşulun. Bununla siz həmin problemin həlli yolunu tapacaq və o yolu gedəcəksiniz.

Ölüm məsələsində iblis məğlubiyyətə uğrayıb; indi isə o bizim üzərimizə imtahan ardınca imtahan göndərir ki, biz ölüm qorxusunda yaşayaq. Lakin bu qorxunu o başımız üzərində bir qılınc kimi artıq saxlaya bilməz.

Ölümdən qurtaran Xudavənd Rəbdir (Məzmur 68:20). Yazılar dəfələrlə təsdiq edir ki, imanlılar ölümü dadmayacaqlar. Ölüm kölgəsinin düzənini keçdikdən sonra, biz iblisin imtahanları üçün əlçatmaz oluruq. Bu o demək deyil ki, indi biz həyatımıza səhlənkar yanaşmalıyıq, xeyr. Lakin göylərə üz tutub gedərkən, iblisin işi bitmiş olur. Məgər bu, xoş xəbər deyilmi?

Xahiş edirəm, məni düzgün başa düşün: Mən ölmək istəmirəm. Mən bacardığım qədər çox yaşamaq istəyirəm. Amma biləndə ki, ölüm öz neştərini itirib, mən bundan böyük təsəlli tapıram. Sevinin! Ona izzət verin ki, bütün mələklər və göylərə köçmüş əzizlərimiz bunu görsün.