вторник, декабря 22, 2009
"Əbədi çeşmələr" Dr. Karl Stivens
22 DEKABR
“ƏBƏDİ ÇEŞMƏLƏR”
Yəhya 4:13-14 – “İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, 14) amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir çeşməyə çevriləcək»”.
Biz İsanın yanına gəlib, Onun quyusundan içəndə, emosiyalarımızdan həyat suyunun çayları axmağa başlayır. Biz həmd etmə münasibətimizlə bulaqlara bənzəməyə başlayırıq.
Birinci kilsəmdə mən üç il müntəzəm surətdə bir evə baş çəkirdim. Orada yaşayan yeddi yaşlı qız Uşaq Dərnəyimizə gəlirdi, lakin valideynlərini biz kilsədə hələ də görməmişdik. Bu qızcığaz lap aləm idi. Hər bazar günü xidmətdən sonra o mənə balaca bir məktub verərdi. Bu məktubda qız valideynləri üçün dua etməyi xahiş edirdi.
Günlərin bir günü, mən yenə onun evinə gəldim və qızın anası işarə ilə məni içəri çağırdı. Belə bir şey əvvəllər baş verməmişdir. Öz ərini çağıraraq, mənə: “Heç bir şey söyləməyin” – dedi. Onlar məni bu qızın otağına tərəf dəvət etdilər. Otaq qapısının ağzında mən qızı diz üstə gördüm, anası isə göz yaşları ilə dedi: “Mənim qızım öz pastoru üçün dua edir”.
Qızın valideynləri bundan sonra elə oradaca xilası qəbul etdi. Az sonra biz bütün ailəni vəftiz etdik və onlar kilsəmizə gələn ən sadiq imanlılardan biri oldu.
Bu qız dua vaxtı heç bilmirdi ki, mən onun evinə gəlirəm. Onun hələ yeddi yaşı vardı, lakin o, xilasına görə Kül-İxtiyar Tanrıya həmdlər oxuyur və pastoru üçün dua edirdi. Qızcığaz öz valideynləri üçün həyat bulağı idi.