понедельник, декабря 28, 2009
"Məsih üçün ayrılmış" Dr. Karl Stivens
28 DEKABR
“MƏSİH ÜÇÜN AYRILMIŞ”
Matta 15:28 – “O zaman İsa cavab verib qadına dedi: «Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun». Onun qızı o saatda sağaldı”.
“Təqdis etmək” ayırmaq, müqəddəs etmək deməkdir. İnsan, yer və ya əşya təqdis olunanda, onlar tamamilə Tanrıya və yalnız Onun məqsədinə həsr olunur. Tanrı Ona məxsus olanı götürür müqəddəs edir.
Təqdis olunmuş imanımız Tanrını razı salır. Biz Onun yanına gəlib Onun varlığına iman etməyimizlə, Ona dərin ehtiram göstərmiş oluruq. “İman olmadan Onu razı salmaq qeyri-mümkündür” (İbranilərə 11:6).
Hər birimiz dəvət olunmuşuq. Əlbəttə, həyatda biz özümüzü hər hansı bir şəraitə “uyğunlaşdıraraq” insanların gözündə uğurlu görünə bilərik. Biz hər yerdə qəlbləri uda bilərik. Tanrını da istənilən yerdə sevə bilərik. İstənilən sahədə effektiv ola bilərik, Tanrı da Onun qarşısında düzüksə bizə xeyir-dua verəcək.
Lakin yadda saxlamalıyıq ki, bizə verilən dəvət göylərdəndir və müqəddəsdir. Tanrının suveren, əməli, coğrafi və caiz iradəsini dərk etmək bizim üçün olduqca vacibdir. Tanrı dəvətimizə uyğun şəkildə Onun xidmətinə həsr olunma ilə bizdən istifadə edir.
Həyatımızı Tanrı üçün ayırmağa öyrəndiyimiz zaman biz yetkinlik əldə edirik. Günün əvvəlində dua etməklə və ya yeməkdən qabaq şükran söyləməklə biz vəziyyət və şəraitdən asılı olmayaraq bu imkanlardan istifadə edirik ki, həyatımızın hər bir incəliyi Tanrı üçün təqdis olunub, Onun qorunmasına həvalə edilsin.