вторник, декабря 08, 2009

"Hər şey ayaqlarımızın altındadır" Dr. Karl Stivens


8 DEKABR

“HƏR ŞEY AYAQLARIMIZIN ALTINDADIR”

Yeşua 3:15-17 – “ Biçin ərzində İordan çayının suları daşıb sahilləri basırdı. Sandığı daşıyan kahinlər İordana girəndə və onların ayaqları çayın sularına dəyəndə yuxarıdan axan sular çox uzaqda Sartan yanında olan Adam şəhərində yığın halında dayanıb qalxdı. Arava dənizinə, yəni Duz dənizinə axan sular tamamilə kəsildi. Xalq çayı Yerixonun qarşısından keçdi. Rəbbin Əhd sandığını daşıyan kahinlər isə İordan çayının ortasında quru yerdə möhkəm durmuşdular. Bütün İsraillilər İordan çayını tamamilə keçənə qədər quru yerdə gedirdilər”.


Qiyamçı emosiyalar mömin düşüncəli xristianları ələ alır, nəticədə biz qüsurlu hisslər dövrəsinə düşürük. Əgər bizim hisslər Tanrının Kəlamına əsaslanmayıbsa, onda onlar tamamilə cismani ola bilər.

İsrailin qarşısında Vəd Olunmuş Torpağa yol açılsın deyə kahinlər çayın aralanması üçün su axını zamanı öz ayaqlarını suya salmalı idi. Bundan əlavə, onlar hər bir israillinin “quru yerlə” İordandan Kənana keçənə qədər suda durmalı idilər. Bu onların yeriməsi nəticəsində baş verdi. Kahinlər, emosiyalarını yaralıya biləcək iblisin üsyanını onun başını ayaqları altına salmaqla yatırtdılar. “Əllərinin işləri üzərində onu (insanı) hökmdar etdin. Hər şeyi onun ayağının altına qoydun” (Zəbur 8:6).

Ata hər şeyi Kilsənin Başı olan Oğula verdi və hər şeyi Onun ayaqları altına qoydu. Onun ayaqları kimdədir? Məsihin Bədənində. Bu gün hər şey haradadır? Hər şey ayaqlarımızın altındadır. Ona görə də Tanrı ilə hər bir addımımız şeytanın məqsədinin dağılmasına, onun planlarının pozulmasına və fövqəltəbii varlığın rüsvay olunmasına qulluq edir.

Biz bu cür hərəkət edəndə, şeytan görəsən nə edir? O qaçır. “Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və o sizdən qaçacaq” (Yaqub 4:7).