четверг, декабря 24, 2009

"Nə düşünürsən?" Dr. Karl Stivens


24 DEKABR

“NƏ DÜŞÜNÜRSƏN?”

Yeremiya 29:11 – “ Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim”.


Çoxlu səbəblərə görə bəzi insanlar gələcəklərinə ümidsiz baxırlar. Çox vaxt insanın gözə pis dəyməsi onun yaralı ruhuna görədir. Dərin qəlbi yaralar həyatda müxtəlif zamanda və fərqli vəziyyətlərdə baş verən bir sıra hadisələrin nəticəsi ola bilər. Bu yaralara görə insanların həyatına əqli və emosional zərər dəyir.

Tanrıdan nə gözləyirsən? Ola bilsin ki, sən xristiansan və həyatda sınaqdan keçirsən. Sən diri Tanrıya xidmət edirsən. O səni Öz surətinə uyğun yaradıb və pisliyin deyil, salamatlığın barədə düşünür. Ona görə də arzusu – sənə ümidli gələcək verməkdir.

Ağlındakı fikirlər budurmu? Yoxsa, əksinə, gözlədiyin hər bir şey məğlubiyyətdir? Çətinliklər və dəyişkən vəziyyətlər Tanrının sənin həyatınla etmək istədiyini aydın görməkdən yayındırırmı? Bizim xidmət etdiyimiz Tanrının möhtəşəm bir planı var və O, həyatımıza heyranedici şeylər gətirmək istəyir. Tanrıdan gözləyəndə biz məyus olmayacağıq.

Rəbbə etibar et. Onun bütün vədlərinə inan. Zəburda deyildiyi kimi: “Axı Rəbb Allah günəşdir, sipərdir, Rəbdən gələn lütfdür, şərəfdir. Xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir” (Zəbur 84:11). Hazır olun! Gözəl bir şey baş vermək üzrədir.