вторник, декабря 29, 2009

"İtmişləri axtarın" Dr. Karl Stivens


29 DEKABR

“İTMİŞLƏRİ AXTARIN”

Luka 19:10 – “Çünki Bəşər Oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdir”.


Bibliya deyir ki, şəhadətləri ilə bölüşən, xidmət edən və Müjdəni vəz edən imanlılar, insanları Tanrı ilə əbədi taleyin gerçəkliyinə təqdim edirlər.

Cəhənnəmin gerçəkliyi və ciddiliyi gərək bizi ciddi xristian həyatı yaşamağa vadar etməlidir. Həsretmə sözü evimizdə gündəlik adət halını almalıdır. Cədvəlimizdə dua və müjdəçiliyə xüsusi yer ayrılmalıdır. Biz gərək öz qonşularımızı özümüzü sevən kimi sevək. Biz Xoş Xəbəri çatdıranlar olmalıyıq. Nədən xilas olduğumuzu bilərək biz İsa Məsih üzərində diqqətimizi daha da cəmləşdirməliyik.

Məhz bu səbəbdən bir çox xristianlar Tanrıya xidmət üçün özlərini həsr ediblər. Çoxları sevinc ilə öz vaxtlarını sərf edir ki, çölə çıxıb itmiş qəlbləri axtarsın, bunun nəyin bahasına gəlməsinə baxmadan onlar bir qəlbin dəyərini yüksək qiymətləndirir. Buna görə, xristianlar gərək yalnız “Bazar günün xristianları” olmasınlar. Biz Tanrı ilə gəzişimizə çox ciddi münasibət bəsləməliyik və icazə verməliyik ki, bu, həyatımızın bütün sahələrinə təsir göstərsin.

İsa Məsih yalan danışa bilməz. Cəhənnəm realdır. Mən Tanrıya xilas olanlar üçün minnətdaram. Qoy Tanrı sizə xeyir-dua versin və dəvətinizdə möhkəmləndirsin. Bu sözlər sizin üçün mühakimə sözləri kimi səslənməsin, onları qəbul edin. Cəhənnəm haqqında həqiqəti bildiyinizə görə minnətdar olun və qoy bu həqiqət sizin bütün həyatınızı dəyişsin.