понедельник, декабря 07, 2009

"Qanadlar nə qədər də gözəldir" Dr. Karl Stivens


7 DEKABR

“QANADLAR NƏ QƏDƏR DƏ GÖZƏLDİR”

Yeşaya 40:31 – “Rəbbə ümid bağlayanlar isə yeni qüvvət alar, qanad açıb qartal kimi yüksəklərə uçar, qaçanda taqətdən düşməzlər, yol gedib yorulmazlar”.


Bibliyada başqa quşlara nəzərən daha çox adı çəkilən quş qartaldır. Digər quşlardan fərqli olaraq, o birbaşa günəşə baxmağa, yüksəklikdə və böyük sürətlə uçmağa qabildir.

Cavanlıq uğursuzluğa meyllidir. Cavanlar yorulur və zəifləyir, sonra isə sadəcə uğursuzluğa düçar olur. Rəbbə güvənənlərlə isə vəziyyət tamamilə fərqlidir, çünki “Rəbbə ümid bağlayanlar isə yeni qüvvət alar, qanad açıb qartal kimi yüksəklərə uçar”.

Qanadlar konsepsiyası çox maraqlıdır. Qanadlar quş balaları üçün mühafizə kimi xidmət edir və həmçinin onlar quş üçün uçmağa və yüksəkliyə qalxmağa imkan yaradır. Ah, qanadlar nə qədər də gözəldir! Onlarda böyük qüvvət və güc var.

Yeni qüvvət almaq bizim üçün hər zaman və hər vəziyyətdə mümkündür. Həyatımızın sürəti piyada sürətinə qədər enib, xəstəlik üzündən də yatağa bağlanaraq işləməyə halımız olmaya bilər. Lakin onda da, bütün bunlarla yanaşı, Tanrının planı var və bu planın yerinə yetirilməsi üçün Onda bütün zəruri şeylər var. “Qaçanda” sözü o deməkdir ki, həyatımızda məşğuliyyətdən asılı olmayaraq, biz hər bir şeydə tam sürətlə hərəkət edirik. “Yol gedib” ifadəsi isə o deməkdir ki, hal-hazırda bunun üçün bizim imkanımız yoxdur, amma biz Tanrının verdiyi güc və məqsəd ilə hərəkətimizi davam edirik.

Əgər siz xəstələnib xəstəxanada yatırsınızsa, Tanrıya Onun mərhəmətinə görə şükran edin. Zamanlar olub ki, siz qaçanda yorulmurdunuz; indi isə yalnız addım-addım gedirsiniz, ancaq hər halda yorulmursunuz.