суббота, декабря 05, 2009

"O, hər zaman dostdur" Dr. Karl Stivens


5 DEKABR

“O, HƏR ZAMAN DOSTDUR”

Süleymanın Məsəlləri 17:17 – “Dost hər zaman sevər, Qardaş dar gün üçün doğular”.


Dost sevgisi dəyişməzdir. Tanrının sevgisi zaman keçdikcə dəyişmir və bu, mütləq həqiqətdir. Elə vaxt olubmu ki, siz və ya mən Tanrının məhəbbətini dayandıra bilək? Xeyr, çünki O hələ biz günahkar ikən də bizi sevirdi. Biz bu məhəbbətə heç bir hay verməyəndə də, O bizi sevirdi. Biz büdrəyəndə və yıxılanda da, O bizi qüdrətli və zərif məhəbbətiylə sevirdi. Bununla yanaşı, bizi bütün dalanlardan çıxardan da elə Onun məhəbbəti olub. Hətta qabaqda bizi yeni uğursuzluq gözləyirsə də, O bizi sevməkdə davam edəcək.

Son nəticədə, məhz Tanrının məhəbbətidir bizi belə adət etdiyimiz uğursuzluqlardan davamlı olaraq qoruyan. Tanrı yalnız “həyatımızda hər şey saz gedəndə” bizə dost deyil. O heç vaxt bizim elədiyimiz günahlardan heç birini xatırlamaz. Yeremya peyğəmbərin Kitabında 50:20, camaat İsrailin təqsirini və Yəhudanın günahını axtarıb tapmağa çalışırdı. Lakin Tanrı belə bəyan edir, “Ancaq tapılmayacaq. Çünki salamat qoyduğum adamları bağışlayacağam”. Başqa sözlə desək, Tanrının qeydiyyat kitabçasında nə Yəhudanın, nə də İsrailin günahı var. Özümüzə və başqalarına olan münasibətimiz bunamı əsaslanıb? Əzəmətli Rəbb hər şeyi məhz belə görür. Və bu – Həyat Kəlamıdır. Bu – Lütf Sözüdür. Bu – Tanrının Kəlamıdır.

Aman Allahım, mən nə qədər də Tanrıya bu gün minnətdaram ki, dostluq – şərtsiz, həqiqi dostluq yer üzündə ən qiymətli və müqəddəs anlayışlardan biridir. Mən buna görə çox minnətdaram.