воскресенье, декабря 06, 2009

"Qiymətli Mərhəmət" Dr. Karl Stivens


6 DEKABR

“QİYMƏTLİ MƏRHƏMƏT”

1Peter 2:7 – “Beləliklə iman edən sizlər üçün bu daş qiymətlidir, amma iman etməyənlər üçün «bənnaların rədd etdiyi daş guşədaşı olub»”.


Uilyam Şekspir yazırdı, “Mərhəmət zorakılıqla iş görməz; İncə yağış kimi o, göylərdən yerə yağar, onu verən və götürənlər ondan ikiqat xeyir-dua alar”. Bizə, günahlı insanlara verilən Tanrının bu heyranedici hədiyyəsi haqqında ola bilsin ki, Şekspirin müəyyən təsəvvürü var idi. Mərhəmət xristianın ürəyində gerçəkliyə çevriləndə, onun bütün həyatı əzab çəkənlər üçün mayak rolunu oynamağa başlayır.

Çoxumuz “yaxşı xristian” rolunu oynayaraq, suyun üzündə qalmaq üçün öz gücümüz hesabına çalışır, lakin imtahan gələndə özümüzü məğlub hiss edirik. Əslində, həyatımıza göndərilən hər bir imtahanın öz əsas məqsədi var, bu da, bizi Məsihin surətinə uyğunlaşdırmaqdır. Məsihin təbiəti bizdə öz əksini tapsın deyə olduqca vacibdir ki, məhz mərhəmət həyatımızda təzahür etsin.

Tanrının təbiətinə xas olan digər əlamətlərlə yanaşı mərhəmət bu təbiəti daha geniş ifadə edir. Onsuz biz heç vaxt Onun məhəbbətinin və Lütfünün faydasını qəbul etməyə qabil olmazdıq; Biz hər zaman çalışacaqdıq ki, öz əməllərimizlə Onun standartlarına çataq. Yalnız sınıqlı saxsı qab mərhəmət xidməti üçün yararlıdır. Yalnız mərhəmət alan şəxs, coşmuş fırtınanın ortasında Rəbdə sakitcə istirahət edə bilər.

Mən sadəcə Rəbbimizin necə də qiymətsiz olduğu haqda düşünməkdən duyğulanıram. Təəccüblü deyil ki, Bibliya: “O siz, imanlılar üçün qiymətlidir”- deyir.