пятница, декабря 25, 2009

"O gəldi ki, bizi xilas etsin" Dr. Karl Stivens


25 DEKABR

“O GƏLDİ Kİ, BİZİ XİLAS ETSİN”

Yeşaya 7:14-15 – “Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq. 15) Bu uşaq pisə pis deyib yaxşını seçə biləndə kəsmik və bal yeyəcək”.


Minlərlə qəlblər bu gün dəhşətli əzablar içində cəhənnəmdədir, onlar vaxtı ilə Milad bayramında bir-birilərinə hədiyyələr verib, bayram gününü qeyd etsələr də, heç vaxt İsanın doğulub məhz onların günahı üçün öldüyünü qəbul etmədilər. Minlərlə insan dini mərasimlərdə xoş niyyətlə iştirak edib Milad bayramını qeyd edir. Dini vəzifə borclarını yerinə yetirsələr də, bir çoxu Miladın nəbzini tuta bilməyib.

İsa Məsih axurda doğulmağına xor baxmadan həlim və təvazökar ruhda bu dünyaya gəldi. Yoxsullaşmış Nazaret şəhərində boya-başa çatmış bu İnsan bizim hər birimizə xidmətçi olmağın nə olduğunu göstərdi. O, Atasının planına narazılıq edə bilərdi. O çox şey istəyə bilərdi. Lakin O bunu etmədi.

O, həmin Kəsdir ki, balaca uşaqlara can yandırıb deyirdi: “Qoy Mənim yanıma gəlsinlər, çünki Səmavi Səltənət belələrinə məxsusdur”.

O, həmin Kəsdir ki, Məryəm, Marta və Lazar kimi sadə insanlara baş çəkirdi, çünki Özü də sadə insan həyatı yaşayırdı.

O, həmin Kəsdir ki, Onun haqqında deyilib: “Baxanda onun nə görkəmi, nə gözəlliyi var idi, gözümüzü oxşayan zahiri siması da yox idi” (Yeşaya 53:2). İndi isə O daha da alçalır ki, ürəyimizdə yaşasın.

O, həmin Kəsdir ki, Ata və Müqəddəs Ruhun hüzuru ilə bizim həyatlarımızı doldurur.

O, həmin Kəsdir ki, bizim üçün bu gün doğulub. Onun adı İsadır, dünyanın Xilaskarı!