суббота, декабря 19, 2009

"Ah, Bağışlayan Xilaskarım!" Dr. Karl Stivens


19 DEKABR

“AH, BAĞIŞLAYAN XİLASKARIM!”

Romalılara 11:33 – “Allahın zənginliyi nə böyük, hikməti və biliyi nə dərindir! Onun hökmləri necə də ağlasığmaz, yolları necə də anlaşılmazdır!”.


Lütf ağlasığmaz, ölçülməz və tükənməzdir. İnsan onu dərk edə bilməz, çünki Rəbbin yolları anlaşılmazdır.

Biz, xoşagəlməz ola-ola, hələ günahkar ikən, xilas edildik. Bütün günahlılığımıza baxmayaraq, Tanrı bizi elə sevdi ki, xilas etmək üçün əvəzimizə öldü. Hələ də bəzən biz soruşuruq: “Rəbb, nəyə görə mən?” Məyusluq ruhuna düşəndə, biz təəccüb edirik, “axı nəyə görə həyatımızda Tanrı müəyyən vəziyyətlərə yol verib?” Biz unuduruq ki, aldığımız hər bir nəfəs əsl lütf ənamıdır. Bu lütf böyük bir sirdir və bu sirdə ünsiyyətimiz bütün əbədiyyət boyu davam edəcək.

Mən dua edirəm ki, bizə hədiyyə edilmiş ağlasığmaz, ölçülməz və tükənməz lütfü siz görə biləsiniz. Bu lütf hətta ən böyük günahkarların və “heç kim” sayılanların payına düşmüşdür. Həmin lütf illər öncə məni aşağıdakı mahnı sözlərini bəsləməyə vadar etmişdir:

Günahımın acısı, həyat imtahanları,
Təqsir, qəm-qüssə, ürək ağrıları,
Elə miskin, rüsvay olmuş hiss edirdim özümü,
Sonra Tanrı lütfünün izzəti açdı gözümü.
Ah, Bağışlayan Xilaskarım! Sülhün Padşahı,
Həyəcanı susdurdun, təqsirim qalxdı.
İmanla görürəm iltifat tapdım
Qolqotadakı qanınla mən də paklandım.