четверг, декабря 17, 2009

"Əqidə və Nəticələr" Dr. Karl Stivens


17 DEKABR

“ƏQİDƏ VƏ NƏTİCƏLƏR”

1 Korinflilərə 15:58 – “Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində sə’ylə çalışın”.


Hər bir işin nəticəsi var. Tanrıya yaxınlaşıb, Müqəddəs Ruhun xidmətini qəbul etdikcə biz anlamağa başlayırıq ki, həyatımızın hər bir sahəsində istənilən nəticə almaq üçün bizə əqidə lazımdır. Biz hər zaman özümüzdən soruşmalıyıq: “Əvvəlki kimi qərar çıxarmağa davam etsəm, onda bu qərarlar məni axırda hara gətirib çıxaracaq?”

Mənə, bir pastor kimi öz həyatlarını puç edən “yetişməmiş” xristianlara baxmaq çox çətindir. Özlərini təcrid etmiş şəxslərə baxıb görəndə ki, onlar öz əqidələrinə zidd qərarlar çıxarır, mən özümü tam əlacsız hiss edirəm. Onlar həqiqətin tamlığından üz çevirib öz şəxsi xristian fəlsəfəsini formalaşdırdığına görə, artıq Tanrının Kəlamına hay vermirlər.

Tanrı sözdə və ya əməldə çətinliklərlə üzləşməyimizə yol açanda, həddindən artıq vacibdir ki, biz buna mənfi reaksiya verməyək. Biz özünümüdafiə və özünüqoruma mövqeyini almalı deyilik. Biz Müqəddəs Ruh ilə dolaraq iman-istirahətində qaldıqca, Tanrı bizim vasitəmizlə sərbəst fəaliyyət göstərəcək. Biz də həmin vəziyyətdə Onun xasiyyətini üzə çıxaracağıq.

Tanrı istəyir ki, günahın nə olduğuna aid bizim əqidəmiz olsun. O arzulayır ki, gələcək məhkəmə haqqında əqidəmiz olsun, çünki bu dünyanın rəisi məhkum edilib. Tanrı istəyir ki, biz Onun salehliyi və iblisin məğlubiyyəti haqda tam əqidəyə malik olaq. Tanrının salehliyi bizim salehliyimizdir, bu isə həyatımızda iblisin qələbə çalma ehtimalını yox edir.