среда, декабря 16, 2009

"Xeyir-dualar yaxınlaşır" Dr. Karl Stivens


16 DEKABR

“XEYİR-DUALAR YAXINLAŞIR”

Yəhya 6:63 – “Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir”.


Yaxşı bir şey gələcək başına,
Bu gün çıxacaq o qarşına.
Yaxşı bir şey başına gələcək,
Nazaretlı İsa yolunu kəsəcək.

Bu nəğmə çox xoşuma gəlir. Buradakı sözlər mənə Tanrının lütfkarlığından danışır. Tanrı hər zaman bizə öz lütfkarlığını göstərmək istəyir.

İman qanununa inan. Daim Müqəddəs Ruh ilə dolu ol. Səndə şübhə doğuran hər bir şeyi əminliklə inkar et. Tanrı sənə xeyir-dua vermək istəyir. Sənin səhhətin xeyir-dualı ola bilər. Maliyyə cəhətdən də xeyir-dua ala bilərsən. Tanrı sənə hər bir şeydə çiçəklənmə vermək istəyir. Əqlən hazırkı mövqeyindən daha irəliyə bax, hal-hazırda mövqeyin yaxşı olsa da belə. İndiki vəziyyətdən daha irəliyə bax.

Temoteyə məktubunda, Pavel yazır: “Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım” (2Tim. 4:7). Pavel lütf siyasəti ilə Məsihdə müzəffər həyat yaşayıb və indi, növbəti addım üçün hazır idi.

Tanrı sizin tərəfinizdədir. Sizə qarşı heç nə dura bilməz. Siz lütf siyasətinin altındasınız, burada Tanrı kövrək imanlılardan istifadə edərək Öz adını izzətləndirir. Siz Onun təbiətində boy atdıqca, qoy O sizi iman vasitəsilə lütflə gəzməyi öyrətsin. Tanrı sizə xeyir-dua vermək arzusundadır. Sadəcə əllərinizi ona tərəf qaldırın və deyin: “Çox sağ ol, Rəbb! Mən sənin xeyir-dualarını alıb, imanla irəli gedirəm”.